Modern.az

Azərbaycandakı oxşarlar... Onlar sizi də çaşdıra bilərlər? - FOTO  

Azərbaycandakı oxşarlar... Onlar sizi də çaşdıra bilərlər? - FOTO  

13 Yanvar 2018, 16:18

Modern.az saytı Azərbaycandakı oxşarlarla bağlı “Oxşarlar" layihəsini davam etdirir. Azərbaycanda oxşarlar çoxdur. Onlar arasında tanınmışlar da var, adi vətəndaşlar da. İctimai-siyasi, mədəniyyət sahəsində, mediada tez-tez görüb, danışığını eşitdiyimiz şəxslər arasında oxşarlar az deyil. 

Bəzilərinin oxşarı isə Azərbaycanda yaşamır. Budəfəki təqdimatımızın qəhrəmanları da Azərbaycanda yaşayan ictimai sahədə fəal simalardı.

2012-ci ilin mayında poeziya festivalında iştirak etmək üçün Bakıdan İrana səfərə yollanmış gənc şair Şəhriyar del Gerani qonşu ölkədə həbs olunmaqla Azərbaycanda tanındı. Ondan sonra tez-tez müxtəlif qalmaqallarla yadda qalan gənc şair vaxtaşırı media da yazılarla çıxış edir, müsahibələr verir.

14 dekabr 1987-ci ildə doğumlu Şəhriyar del Gerani  Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini bitirib. 


Şəhriyar del Geraninin oxşarı jurnalistlərin də tanıdığı Azərbaycan Texniki Universitetinin mətbuat katibi Nicat Abdullayevdir.

1990-cı il təvəllüdlü N.Abdullayev Qəbələ rayonunda dünyaya gəlib. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. O, İctimayi Televiziya və Radio Yayımları Şirkətində və Tovuzun “Türkel” TV kanalında çalışıb.
2015-ci ilin oktyabrından Azərbaycan Texniki Universitetinin mətbuat katibi vəzifəsində işləyir.

Şəhriyar del Gerani ilə Nicat Abdullayevin üz cizgilərində, saç quruluşunda oxşarlıq çoxdur.

Aşağıdakı şəkilə siz də diqqətlə baxın, necə düşünürsünüz, onları oxşarlar kimi təqdim etməkdə səhv etmirik ki?..

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi