Modern.az

Uşaqları planşet, kompüter, mobil telefondan uzaq tutun - Həkim məsləhəti  

Uşaqları planşet, kompüter, mobil telefondan uzaq tutun - Həkim məsləhəti   

13 Yanvar 2018, 15:13

Gənclərdə və böyüklərdə son zamanlarda aktual məsələyə çevrilən planşet, kompüter və mobil telefon vərdişi uşaqlara da təsirsiz ötüşmür. Modern.az  xarici KİV-lərə istinadən xəbər verir ki, bu vasitələrin uşaqlarda oyun məqsədilə  uzun müddət istifadəsi ciddi sağlamlıq problemlərinə səbəb olur.


Türkiyənin uşaq xəstəlikləri uzmanı Dr. Cenk Atman valideynlərin  uşaqlarda artıq çəki problemliylə bağlı ona tez-tez müraciət etdiklərini vurğulayıb:

“Planşet, televiziya, kompüter, mobil telefon uşaqları da əsirinə çevirib. Bunlar azyaşlıların diqqətini pozur və düzgün  istirahət etmələrinə mane olur. Bu vasitələr çox istifadə olunmamalıdır, çünki vərdiş halına keçmə riski yüksəkdir. Valideynlər deyir ki, övladlarımız 15 dəqiqə adı ilə başlayıb saatlarla kompüterin qarşısında otururlar.  Məktəblilərdə də davamlı istifadə  vərdiş halını alır və onların qiymətlərinə, istirahətlərinə, diqqətinə və zəkalarına təsir göstərir”.

Valideynlərə səslənən həkim deyib ki, bu vasitələrin istifadəsinə məhdudiyyət qoyulması əsas şərtdir:

“Uşaqlarda oyun məqsədilə istifadə olunan mobil telefon, kompüter və ya planşet onların artıq çəki problemi yaşamasına da səbəb olur. Uşaq nə qədər kompüterin qabağında olarsa, çəkisinin o qədər də  artma riski var. Bunun səbəbi uşağın saatlarla hərəkətsiz qalmasıdır. Bu vasitələr 0-2 yaş qrupunda olan uşaqlardan tamamilə uzaq tutulmalıdır. Bütün uşaqlarda isə planşet, kompüter, mobil telefon gündəlik 1 saatdan çox istifadə olunmamalıdır. 6aylıq bir körpəni bunların istifadəsi ilə xəstə edə bilərsiniz. Ancaq ən riskli olanı hərəkətliliyin başladığı zamanlarda uşaqlarda hərəkətsizlik yaratmasıdır”.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir