Modern.az

Şimali və Cənubi Koreyanın görüş tarixi bəlli oldu  

Şimali və Cənubi Koreyanın görüş tarixi bəlli oldu   

Dünya

13 Yanvar 2018, 17:02

Şimali və Cənubi Koreyanın rəsmilərinin görüş tarixi bəlli olub. Modern.az Cənubi Koreyanın Yonhap xəbər agentliyinə istinadən xəbər verir ki, “düşmən qardaşlar”ın görüşünün  15 yanvar tarixində Tongil şəhərində baş tutacağı gözlənilir.

9 yanvarda məşhur sərhəd kəndi Panmunjomda vəzifə sahiblərinin görüşü nəticəsində Şimali Koreya idmançılarının Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakına qərar verilib. Atletlərlə birlikdə yüksək vəzifəli şəxslər də Cənubi Koreyaya səfər edəcəklər.

Qeyd edək ki, Cənubi Koreyanın Pyeongchang şəhərində 9 fevraldan etibarən  başlayacaq oyunlar 25 fevralda başa çatacaq.

İndi dünyanı Şimali Koreya lideri Kim Çen Inla Cənubi Koreya prezidenti Mun Çjenin bir araya gəlib-gəlməyəcəyini düşündürür.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür