Modern.az

Miloş Zeman prezident seçkilərinin ilk turunda qalib gəlir

Miloş Zeman prezident seçkilərinin ilk turunda qalib gəlir

13 Yanvar 2018, 20:03

Çexiyanın hazırkı prezidenti Miloş Zeman ölkədə keçirilən prezident seçkilərinin birinci turunda  liderdir. Modern.az “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  səsvermənin seçki məntəqələrinin 95 faizi üzrə nəticələrinə əsasən, seçicilərin 39,1 faizi (1,87 mln. səs) Miloş Zemana etimad göstərib.

Qeyd edək ki, Çexiyada prezident seçkilərinin birinci turu 12-13 yanvar tarixlərində keçirilib.

Məlumata görə, ikinci tura həmçinin 26,3 faiz səslə (1,25 mln. səs)   Elmlər Akademiyasının sabiq sədri Yirji Draqoş adlayıb.

Səsvermədə seçici aktivliyi 61,6% təşkil edib.

Birinci turun yekun nəticələri MSK tərəfindən yaxın saatlarda elan ediləcək.

Prezident seçkilərinin ikinci turu 26-27 yanvar tarixlərində keçiriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir