Modern.az

Türkiyə Suriya sərhədinə ağır texnika yerləşdirdi

Türkiyə Suriya sərhədinə ağır texnika yerləşdirdi

13 Yanvar 2018, 21:34

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışından sonra Türkiyə-Suriya sərhədində gərgin anlar yaşanıb.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Suriyadakı qoşunlarını gücləndirmək üçün göndərdiyi tanklar Hataya çatıb.

R.T.Ərdoğan sonuncu konqresdəki çıxışında deyib ki, Afrində terroristlər təslim olmazsa və Münbiçdə bizə verilən sözlər yerinə yetirilməzsə, oranı başlarına yıxacağıq. Bir həftəyə qalmaz, bizim nə edəcəyimizə şahid olacaqlar.

Qeyd edək ki, Suriya sərhədlərinə 5 tank yerləşdirilib.

Yayılan məlumatlara görə, Türkiyə Silahlı Qüvvələr müəyyən aralıqlarla Afrində atəş açıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir