Modern.az

Dəmiryolu vağzalından 10 min insan təxliyə edildi

Dəmiryolu vağzalından 10 min insan təxliyə edildi

13 Yanvar 2018, 21:52

Qazaxıstanın Alma-Ata şəhərində "Alma-Ata-1" dəmiryolu vağzalında şübhəli qutu aşkar edilib. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə terrorizmə qarşı mübarizə üzrə şəhər operativ qərargahının rəsmi nümayəndəsi Santanat Azirbek məlumat verib.

 

S.Azirbek bildirib ki, saat 18:34-də dəmiryolu vağzalının gözləmə zalında şübhəli qutu tapılıb: “Dərhal şəhərin bütün fövqəladə xidmətlərinə məlumat verilib. İlk növbədə, vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində ilkin reaksiya tədbirlər görülüb. Vağzalın ərazisindən 10 min insan təxliyə edilib. Saat 19:26-da şübhəli qutunun içində təhlükəli və qadağan edilmiş heç bir şey aşkar edilməyib”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?