Modern.az

Sumqayıt sakinini piyada keçidində vuran sürücü qaçdı

Sumqayıt sakinini piyada keçidində vuran sürücü qaçdı

13 Yanvar 2018, 23:31

Sumqayıtda piyada vurulması ilə nəticələnən yol qəzası olub. Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzi küçələrindən birində baş verib.

 

Belə ki, Sumqayıt şəhər sakini 1969-cu il təvəllüdlü Nizami Şahmərdan Oğlu İmanov piyadalar üçün nəzərdə tutulmuş zolaqla yolu keçmək istəyərkən, qarşı tərəfdən gələn naməlum avtomobil tərəfindın vurulub. Hadisədən sonra sürücü qaçıb.

 

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, xəstə ağır kəllə-beyin travması alıb və sağ qolu sınıb.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?