Modern.az

İran hərbçiləri Pakistan sərhədində terrorçuları yaxaladı

İran hərbçiləri Pakistan sərhədində terrorçuları yaxaladı

13 Yanvar 2018, 23:46

İran İnqilab Keşikçiləri Korpusu Pakistan sərhədi yaxınlığında “Cundullah” terror təşkilatının üzvlərini saxlayıblar. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Sistan və Belucistan əyalətindəki Saravan şəhəri yaxınlığında baş verib.

Məlumata görə, terrorçuların üzərindən partlayıcı qurğular, rabitə vasitələri götürülüb.

Saxlanılan silahlıların İran ərazisində terror aktları planlaşdırdığı bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı