Modern.az

Kral klubu yenə məğlub oldu

Kral klubu yenə məğlub oldu

14 Yanvar 2018, 00:02

İspaniya La Liqasının XIX turunda "Real Madrid" öz meydançasında "Vilyareal"ı qəbul edib. Modern.az  xəbər verir ki, "Santyaqo Bernabeu" stadionunda keçirilmiş oyun qonaqların qələbəsi ilə yekunlaşıb.

 

Oyunda yeganə qolu 87-ci dəqiqədə Pablo Fornalyes vurub.

 

Bu qələbə sayəsində xallarını 31-ə çatdıran “Vilyareal” 5-ci pilləyə yüksəlib. Ardıcıl üçüncü qarşılaşmada qol vura bilməyən "Real Madrid" isə 32 xalla 4-cü yerdə qərarlaşıb. Zinəddin Zidanın baş məşqçisi olduğu komanda bir oyun az keçirib. Turnir cədvəlinə 48 xalla “Barcelona” başçılıq edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər