Modern.az

TANAP Azərbaycana qaz satış bazarını şaxələndirməyə imkan verecek

TANAP Azərbaycana qaz satış bazarını şaxələndirməyə imkan verecek

14 Yanvar 2018, 09:51

2018-ci il yanvarın 1-dək Dünya Bankı Transanadolu boru kəmərinin (TANAP) tikintisi üçün nəzərdə tutulmuş kreditin 83,4 faizini və ya 667,27 milyon dollar ayırıb.

 

Modern.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə bankın statistik məlumatlarında deyilir.

2016-cı il dekabrın 20-də Dünya Bankının Direktorlar Şurası tərəfindən təsdiq olunmuş 800 milyon dollarlıq kreditin benefisiarları "Cənub Qaz Dəhlizi" QSC (Azərbaycan) və BOTAŞ (Türkiyə) olub.

Dünya Bankından Trend-ə və "Azernews" qəzetinə bildirildiyi kimi, TANAP təkcə rəqabətqabiliyyətliliyi artırmayacaq, həm də regional ticarəti inkişaf etdirəcək və Türkiyə ilə Avropanın enerji təhlükəsizliyini təmin edəcək.

 

Bankdan qeyd olunub ki, layihə həmçinin Azərbaycana qaz satışı bazarını şaxələndirməyə, Türkiyəyə isə enerji tədarükünü təhlükəsizləşdirməyə imkan verəcək: "Azərbaycan, Gürcüstan, Türkiyə və Cənub-Şərqi Avropa ölkələri üçün bu, prioritet infrastruktur layihələrindən biridir".

Dünya Bankından o da əlavə olunub ki, layihə banka Azərbaycanla tərəfdaşlıqda strateji hədəflərə nail olmağa, o cümlədən ölkənin regional və Avropa enerji bazarlarına inteqrasiyasına yardım edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir