Modern.az

Azərbaycanda “Tereza Ana” sığınacağına kimlər yerləşdirilir?! - AÇIQLAMA

Azərbaycanda “Tereza Ana” sığınacağına kimlər yerləşdirilir?! - AÇIQLAMA

14 Yanvar 2018, 10:16

Yeni il bayramı ərəfəsində Goranboy rayonunda tapılan, milliyətcə çeçen olduğunu deyən yaşlı qadın  Azərbaycandan Çeçenistana yola salınıb.

 

Mədinə Əliyeva 2017-ci il dekabrın 23-də Goranboy rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində tapılaraq Bakıdakı “Tereza Ana” sosial sığınacağına yerləşdirilmişdi.

 

Mədinə Əliyevanın “Tereza Ana” adlı sığınacağa yerləşdirilməsindən sonra adıçəkilən sığınacaqda ancaq əcnəbi insanların yerləşdirilməsi ətrafında fikirlər dolaşıb. 

 

Modern.az saytı məsələ ilə bağlı “Tereza Ana sosial sığınacağına yerləşdirilən insanların milliyyəti ilə maraqlanıb. 

 

Sığınacaqdan saytımıza bildirilib ki, səslənən fikirlər doğru deyil. 

Tereza Ana” sosial sığınacağına kimsəsiz və küçədə qalan insanlar yerləşdirilir. Burada insanların yaş kateqoriyası və cinsə görə  heç bir ayrıseçkilik tətbiq olunmur. Adətən küçədə qalan insanlar ya polis əməkdaşları, ya da adi vətəndaşlar tərəfindən bizim sosial sığınacağa yerləşdirilir. Xüsusilə, sənədi olmayan və səhhəti pis vəziyyətdə olan insanlar bizə yönləndirilir. Ona görə də “Tereza Ana” sosial sığınacağına ancaq qeyri-millətlərin yerləşdirilməsi fikirləri yanlışdır. Ola bilsin ki, sığınacağın adı bəzi hallarda bu cür fikirlərin yaranmasına səbəb olur. Amma reallıq tamamilə fərqlidir”

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi