Modern.az

İsa Qəmbərin səhhəti necədir?!- AÇIQLAMA - FOTO

İsa Qəmbərin səhhəti necədir?!- AÇIQLAMA - FOTO

Aktual

14 Yanvar 2018, 12:44

Xəbər verdiyimiz kimi, dünən Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər xəstəxanaya yerləşdirilib. Onun ürəyində narahatlıq yarandığı söylənilib.

 

Modern.az saytı İsa Qəmbərin səhhəti ilə maraqlanıb.

 

Müsavat Partiyası başqanının müavini Razim Əmiraslanlı saytımıza açıqlamasında İsa Qəmbərin səhhətinin normal olduğunu deyib.

“Bu gün səhər saatlarında İsa Qəmbəri ziyarətə etməyə getdik. İsa bəyin səhhəti tam normaldır. Özünü çox yaxşı hiss edir. Artıq müayinələrdən keçib. Heç bir problem yoxdur. Bir-iki günə evə buraxılacaq”

Qeyd edək ki,  İsa Qəmbər hazırda Mərkəzi Klinikada müalicə olunur.

 

Müsavat Partiyasının başqanı Arif Hacılı öz Facebook profilində İsa Qəmbər ilə xəstəxadan foto paylaşıb. Həmin fotonu təqdim edirik:

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır