Modern.az

Türkiyəli həkimdən SOS SİQNALI: “Jurnalistika infarkt və yüksək qan təzyiqinin ən çox rast gəlindiyi peşədir”

Türkiyəli həkimdən SOS SİQNALI: “Jurnalistika infarkt və yüksək qan təzyiqinin ən çox rast gəlindiyi peşədir”

14 Yanvar 2018, 14:23

Acıbadəm Universiteti Atakent Xəstəxanası Kardiologiya uzmanı Dr. Ahmet Karabulut İnfarkt və yüksək qan təzyiqinin ən sıx rast gəlindiyi peşənin Jurnalistika olduğunu açıqlayıb. Onun sözlərinə görə, bunun səbəbi jurnalistlərin daha gərgin və stressli iş həyatına sahib olmalarıdır.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, jurnalistlərdə riski artıran bir digər faktor  masa arxasında çalışan müxbirlərin hərəkətsiz həyat sürməsidir. Buna  siqaret çəkmək kimi zərərli vərdişlər əlavə olunduqda isə infarkt və yüksək qan təzyiqi qaçılmaz olur:

“Özəlliklə siqaret çəkən müxbirlər qaçdıqları zaman nəzbdə ani artım, qan təzyiqində ani yüksəlmə meydana gəlir. Bu vəziyyət infarkta yol aça bilər.

Bunlardan əlavə, idmana zaman ayırmayan jurnalistlərin ortaq problemlərindən biri də ürək döyüntüsünün hiss ediləcək səviyyəyə gəlib çatmasıdır. Bu da nəfəs darlığına gətirib çıxarır. 50 yaşdan yuxarı jurnalistlərdə anidən yaranan nəzbdəki artım daha ciddi ritm pozğunluğuna səbəb olur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir