Modern.az

Ərdoğandan AÇIQLAMA: “Türkiyə ordusu yaxın günlərdə Afrində əməliyyatlara başlayacaq”

Ərdoğandan AÇIQLAMA: “Türkiyə ordusu yaxın günlərdə Afrində əməliyyatlara başlayacaq”

Aktual

14 Yanvar 2018, 15:31

Türkiyə ordusu yaxın günlərdə Suriyanın Afrin bölgəsinin PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən azad edilməsi əməliyyatına başlayacaq.

 

Modern.az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan Tokat rayonunda AKP-nin rayon təşkilatının konfransında bəyan edib.

 

R. T. Ərdoğan deyib ki, Türkiyə ordusunun Afrin əməliyyatı zamanı ABŞ və digər müttəfiqlərdən özlərini müttəfiq kimi aparmasını gözləyir: "Biz bölgədə ABŞ-la birlikdə hərəkət edə biləcəyimizi düşünürük. Biz onlardan Türkiyənin qanuni səylərinə dəstək verməyi gözləyirik. Afrin əməliyyatı zamanı onların bölgədəki hərbi qüvvələrinin terrorçularla eyni sırada yer almayacağına ümid edirik. Afrin əməliyyatının da "Fərat qalxanı" əməliyyatı kimi zəfərlə yekunlaşacağına inanıram".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!