Modern.az

Xızıda partlamamış sursat aşkarlanıb

Xızıda partlamamış sursat aşkarlanıb

Aktual

14 Yanvar 2018, 16:43

Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Xızı rayonunda aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında gündəlik operativ məlumat yayıb.

 

ANAMA-dan Modern.az-a verilən məlumata görə, Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA və Fövqəladə Hallar Nazirliyi (FHN) birgə təmizləmə əməliyyatı keçirib.

 

Partlayış baş vermiş hərbi hissənin ətrafına baxış zamanı 172 ədəd partlamamış hərbi sursat (PHS), 172 ədəd partlamış-yanmış mərmi qalıqları və 884 kq yandırma məhsulu aşkar edilərək götürülüb. Nəticə etibarilə 305 000 kv.m (30.50 ha) ərazi yoxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır