Modern.az

Azərbaycan yığması Kosovo ilə yoldaşlıq oyunu keçirəcək

Azərbaycan yığması Kosovo ilə yoldaşlıq oyunu keçirəcək

14 Yanvar 2018, 17:36

 Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandasının yoldaşlıq görüşü keçirməsi üçün yeni rəqib tapılıb.

 

Modern.az-ın "Report"a istinadən məlumatına görə, bu, Kosovo yığma komandasıdır.

 

Görüşlə bağlı AFFA və Kosovo Futbol Federasiyası arasında ilkin razılıq əldə olunub. Görüş fevralın 2-də nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan millisi yanvarın 30-da Antalyada Moldova ilə üz-üzə gələcək. Fevralın 2-də isə Gürcüstanla oyun nəzərdə tutulmuşdu. Lakin sonradan qonşu ölkənin xahişi ilə bu görüşün başqa vaxta təxirə salınması qərara alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır