Modern.az

Həbsdə olan gənclərə ailələrilə görüş veriləcək

Həbsdə olan gənclərə ailələrilə görüş veriləcək

23 Noyabr 2009, 19:02

Noyabrın 23-də Səbail rayon Məhkəməsində hakim Araz Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində həbsdə olan gənc bloqçular Adnan Hacızadə və Emin Millinin ailə üzvlərinin müraciətinə baxılıb. Hakim valideynlərə övladları ilə görüşə icazə verib.
Noyabrın 25-də Adnan Hacızadənin, ertəsi gün isə Emin Millinin valideynləri övladları ilə görüşəcək. Hər iki gənc Bakı İstintaq Təcridxanasında saxlanandan bəri ailə üzvləri ilə görüşə bilməyib.
Qeyd edək ki, gənclər noyabrın 11-də Səbail rayon Məhkəməsinin qərarı ilə xuliqanlıq ittihamı ilə təqsirli biliniblər, E.Milli 2,5, A.Hacızadə 2 il həbs cəzasına məhkum edilib.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir