Modern.az

Perudakı zəlzələdən zərərçəkənlərin sayı artıb  - Yenilənib

Perudakı zəlzələdən zərərçəkənlərin sayı artıb   - Yenilənib

Aktual

14 Yanvar 2018, 21:33

Peruda zəlzələ nəticəsində zərərçəkənlərin sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, zəlzələ nəticəsində  ən az bir nəfərin həyatını itirdiyi, 65 nəfərin yaralandığı və binaların dağıldığı bildirilir.

 

Məlumata görə, Peruda Acarinin 40 km cənub qərbində baş verən zəlzələ yerli vaxtla 16:18-də və 7,1 bal gücündə  olub.

 

Ölkə prezident Pedro Pablo Kuczynski çıxışında bildirib ki, xilasetmə qrupları iş başındadır, yaralılar üçün müvafiq tibbi yardımlar göstərilir.

 

Təsirə məruz qalan ərazilərdə yollarda yaranan narahatlıqlar səbəbi ilə müəyyən çətinliklər yaranıb.

 

İlkin məlumatlarda, zəlzələ nəticəsində 17 adamın itkin düşdüyünü öz təsdiqini tapmayıb.

 

 

17:57

 

Peruda güclü zəlzələ olub. Baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 2 nəfərə çatıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə ölkənin Mülki Müdafiə İnstitunun rəhbəri Xorxe Çaves deyib.

 

65 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.

 

 

Nəzrin Cavid

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər