Modern.az

Alman xalqı "Merkelin koalisiyası"na qarşı

Alman xalqı "Merkelin koalisiyası"na qarşı

Dünya

14 Yanvar 2018, 20:44

Ötən il sentyabrın 24-dən  hökumət qurulamayan Almaniyada xalq “böyük koalisiya” üçün bir araya gələn və razılaşan Xristian-Demokratik Birlik Partiyası ilə Sosial Demokratların böyük koalisiyasına şübhəylə yanaşır.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, “Welt am Sonntag” qəzetinin apardığı araşdırmada, almanların 52 faizinin bu koalisiyadan gözləntilərinin olmadığı ortaya çıxıb.

 

Xüsusilə, Sosial Demokratik Partiyasında edilən araşdırmada "Böyük Koalisiya"nın leyinə səs verənlərin sayı 37 faiz təşkil etdiyi halda, 60 faiz isə əleyhinə olduqlarını bildiriblər.

 

Sosial Demokratik Partiyası ilə Xristian - Demokratik Birlik Partiyasının koalisiya qurmasına ilk reaksiya verən Saksoniya-Anhalt əyalətinin də 52 faizi CDU/CSU koalisiyası qurulmasına qarşı çıxıb. Bu zamana qədər əyalətlər arasında “böyük koalisiya” üçün cəmi bir əyalətin müsbət reaksiya verdiyi təyin olunub.

Qeyd edək ki, Xristian Demokrat Partiyasının rəhbəri Angela Merkeldir.

 

 

 Nəzrin Cavid

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir