Modern.az

Əfqanıstanda daha 17 İŞİD-çi məhv edildi  

Əfqanıstanda daha 17 İŞİD-çi məhv edildi   

Dünya

14 Yanvar 2018, 22:03

Əfqanıstanda İŞİD terror qruplaşmasının azı 17 döyüşçüsü məhv edilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, İŞİD döyüşçüləri Nanqarhar vilayətində xarici ölkə hərbçilərinin pilotsuz uçuş aparatı vasitəsilə endirilmiş zərbələr nəticəsində öldürülüb.

 

Məlumata görə, əməliyyat Açin və Haska-Mina kəndlərində keçirilib. Həmin ərazilərdə silahlıların sığınacağı da məhv edilib.

 

Məlumata görə, terrorçulardan 14-ü Açində, daha 3-ü Haska Minedə öldürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır