Modern.az

"Liverpul"dan möhtəşəm qələbə

"Liverpul"dan möhtəşəm qələbə

14 Yanvar 2018, 22:47

İngiltərə Premyer Liqasının 23-cü turu çərçivəsində "Liverpul" "Mançester Siti"ni qəbul edib. Modern.az xəbər verir ki, "Enfild" stadionunda baş tutan oyun meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə bitib.

 

“Liverpul”un açıq-aşkar üstünlüyü oyunun 9-cu dəqiqəsində nəticə verib, Oksleyd-Çemberleyn hesabı acıb. Birinci hissənin bitməsinə 5 dəqiqə qalmış, qonaqlar hesaba tarazlıq gətirdilər, bu dəfə Leroy Sane qapını süz nişan alıb.

 

Oyunun 59 və 61-ci dəqiqələrində “Liverpul”dan daha iki qol gəlib, fərqlənənlər Roberto Firmino və Sadio Mane olub – 3:1. 69-cu dəqiqədə Məhəmməd Salah fərqi 3 qola çatdırıb.

 

“Mançester Siti” ardıcıl 2 qol (84’ – Bernardo Silva, 90’ – İlkay Gündoğan) vurmağına baxmayaraq, məğlubiyyətdən qaça bilməyib.

 

Beləliklə, 23 turdan sonra "Mançester Siti" 62 xalla 1-ci pillədədir, "Liverpul" isə 3-cü yerə yüksəlib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?