Modern.az

Ermənistanda Azərbaycanın aldığı silahlara görə qorxu yarandı

Ermənistanda Azərbaycanın aldığı silahlara görə qorxu yarandı

Qarabağ

15 Yanvar 2018, 09:59

Rusiya ilə Azərbaycanın hərbi əməkdaşlığı Ermənistanda əməlli başlı qorxu yaradıb.

Modern.az saytının xəbərinə görə, erməni hərbi ekspert David Camalyan deyib ki, Rusiyanın Azərbaycana silah satması Ermənistan üçün təhlükəlidir.

 

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi fonunda Rusiyanın Azərbaycana silah satması Azərbaycanla Ermənistan arasında hərbi balansın qorunmasına yönəlməyib.  

 

Ekspert qeyd edib ki, Rusiya özü Azərbaycanla hərbi əməkdaşlıqda maraqlıdır, çünki rəsmi Bakı Rusiyanın təsir zonasından uzaqlaşmaq üçün qətiyyətli addımlar atır.

 

“Azərbaycanın Rusiyanın təsir zonasından uzaqlaşmasına dair qətiyyətli səylərini görə tərəfdaşımız (Rusiya) Bakı ilə bu şəkildə əlaqələri möhkəmləndirmək istəyir” – D. Camalyan əlavə edib.

 

Politoloq Azərbaycanın Türkiyədən silah almasını da qorxu ilə qarşılayıb.

 

Qeyd edək ki, Ermənistanın təcavüzkar siyasəti rəsmi Yerevanın özünə qarşı da yönəlib, regional və beynəlxalq layihələrdən təcrid olunub.

Ermənistanın rəsmi dairələri və ekspert çevrələri elə mülahizə yürüdürlər ki, sanki Rusiya ancaq işğalçılara silah satmalıdır. Halbuki, Rusiyanın Ermənistana silah verməsi regionda daha çox təhlükə yaradır, nəinki Azərbaycana. Çünki regionda işğalçı siyasət yürüdən ölkə Ermənistandır və onun silahlanması sabitlik üçün böyük təhdiddir.

 

Azərbaycanın isə haqqıdır ki, işğal atlında olan torpaqlarını hərbi əməliyyatla azad etsin. Rəsmi Bakının buna görə yeni silahlar alması və yeni-yenim hərbi tərəfdaşlar tapması başa düşüləndir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub