Modern.az

İsa Qəmbərdən küsənlər ona baş çəkəcəklər? – Müsavatdan çıxanlardan CAVABLAR

İsa Qəmbərdən küsənlər ona baş çəkəcəklər? – Müsavatdan çıxanlardan CAVABLAR

Aktual

15 Yanvar 2018, 12:08

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin ürəyində narahatlıq yarandığı üçün xəstəxanaya yerləşdirilib.

 

“Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər evində olarkən infarkt keçirib. Bundan sonra təcili yardımla kardioloqa və səhhəti ciddi problem olduğundan Mərkəzi Klinikaya gətirildi”.

 

Bunu İ.Qəmbərin həkimi, kardioloq Firdovsi İbrahimov deyib.

 

Bəs görəsən İsa Qəmbərin keçmiş partiyadaşları onun ziyarətinə gedibmi?

 

Məsələ ilə bağlı Modern.az-a danışan “Yeni  Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, İsa Qəmbərə Allahdan şəfa dilədiyini deyb.

 

“O, Azərbaycan üçün də, mənim özüm üçün də çox qiymətli insanlardan biridir, tezliklə sağalsın və siyasət səhnəsinə qayıtsın. İsa Qəmbərin Azərbaycan tarixində hər zaman yeri var və olacaq. Davamlı olaraq onun səhhəti ilə maraqlanıram, həyat yoldaşından, yaxınlarından məlumat alıram. Amma bildiyim qədər hələ reanimasiyadadır və reanimasiyada olduğu müddətdə onun yanına kiminsə girməsi düzgün deyil. Bəzi dostları onu reanimasiyada ziyarət ediblər, mən o dostlara dostcasına qınaq etmişəm ki, doğru etməmisiniz. Reanimasiyada xəstə ziyarət olunmaz. Ailəsi ilə maraqlanıram, səhhəti imkan verən ilk anda onun ziyarətinə gedəcəyəm”.

 

Keçmiş müsavatçı Səxavət Əlisoy deyib ki, İsa Qəmbərin xəstələnməsi bağlı xəbəri ötən gün alıb.

 

 “İsa Qəmbərin tez bir zamanda sağlamlığına qovuşmasını arzu edirəm. Mən bir həkim olaraq İsa Qəmbərə can sağlığı arzu edirəm. Allahın izni ilə sağ-salamat evinə dönər. Mən Bakıda olmadığım üçün ziyarət etməyim problemdir, qiyabi ziyarət olmur”.

 

Müsavat Divanının keçmiş üzvü Vurğun Əyyub suala cavab verməkdən imtina edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı