Modern.az

Türkiyədə aşkarlanan "quş qripi" Azərbaycana keçə bilər?..

Türkiyədə aşkarlanan "quş qripi" Azərbaycana keçə bilər?..

15 Yanvar 2018, 12:15

Türkiyə KİV-lərinin yaydığı məlumata görə, ölkənin Mardin vilayətinin Boğaziyyə kəndində "quş qripi" aşkarlanıb.

Qonşu ölkədə aşkarlanan virusun Azərbaycan üçün təhlükəsilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Modern.az-a açıqlama verib. Y.Xanvəli deyib ki, bu məlumat rəsmi olaraq təsdiqlənməyib:

“Mardin vilayətinin Boğaziyyə kəndində "quş qripi" aşkarlandığına dair məlumat yayılıb. Amma Ümumdünya Dünya Heyvan Sağlamlıq Təşkilatı və rəsmi Türkiyə tərəfindən bizə hər hansı məlumat daxil olmayıb”.

 

Onun sözlərinə görə, rəsmi məlumatın olub-olmamasından asılı olmayaraq, KİV-lərdə yayılan məlumatlar qurumun diqqətindədir:

“Xüsusilə bildirim ki, qeyd olunan bölgədən ölkəmizə diri quş və quş əti gətirilmir. Hazırda “quş qripi” və digər yoluxucu xəstəliklərə görə Azərbaycanda ekzotik vəziyyət sabitdir. Sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Nəzarəti Xidməti aidiyyatı qurumlarla birgə lazımi tədbirləri həyata keçirir”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir