Modern.az

Azərbaycanda heyvanların həyat tərzi lentə alınmır - SƏBƏB PULDUR   

Azərbaycanda heyvanların həyat tərzi lentə alınmır - SƏBƏB PULDUR   

Aktual

15 Yanvar 2018, 14:12

Heyvanlar aləmi dünyada olduğu kimi, ölkəmizdə də böyük maraqla izlənilir. Dünyanın bir çox yerlərində böyük çətinliklə olsa da, heyvanların həyat tərzi lentə alınır. Kifayət qədər izləyici kütləsi olan bu çəkilişlər ölkəmizdə nəyə görə aparılmır? Buna mane olan amillər nələrdir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan  Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov deyib ki, heyvanlar aləmini çəkmək böyük məbləğdə pul tələb edir.

 

“Həmin çəkilişlər çox professional çəkilişlərdir, indi köhnə cihazlarla çəkib vermək mümkün deyil. Müasir cihazların qiyməti isə çox yüksəkdir. Ümumilikdə heyvanlar aləmini çəkmək bahalı bir prosesdir. Hətta bir qarışqanın həyatını çəkmək çox baha başa gəlir, həm aparat, həm də prosesin özü  bahalıdı, onu çəkmək, ekspedisiya təşkil etmək və s.  Bizim ona heç vaxt gücümüz çatmayıb. Bizdəki kameralar daha çox elmi, monitorinq məqsədləri üçün istifadə edilir. Heyvanlar həmin kameraların qarşısından keçəndə 15 saniyəlik video və şəkillərini çəkirik. Bizim işimiz üçün o bəs edir, amma sırf heyvanlar aləmi çəkmək üçün yetərli deyil”.


Onun sözlərinə görə, Azərbaycandakı qoruqlar yalnız mühafizə və elm üçündür.


“Qoruqlar ona görə yaradılıb ki, orada gedən prosesləri insan əli dəymədən izləmək olsun. Ora 3-cü şəxsin girməsi qadağandır. Hətta bilmədən belə girənlər tutulsalar, Azərbaycan qanunvericiliyinə görə 400 manat məbləğində cərimə edilir. Kimsə orada çəkiliş etmək istəyirsə,  onun üçün qoruğun aid olduğu Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməlidir. Nazirlik həmin müraciətə baxandan sonra çəkiliş barədə qərar verə bilər. Kimsə kamerasını götürüb qoruğun müdirinə desin ki, gedib heyvanları çəkim, bu olan bir şey deyil”.

 

E.Əsgərov həmçinin deyib ki, Azərbaycanda nəsli tükənməkdə olan heyvanların sayı artıb. 

“Sonuncu “Qırmızı kitab” 2013-cü ildə çıxıb. Bu kitabdan öncə olan nəşr 1989-ci ildə buraxılıb. Bu kitab ondan dəfələrlə qalındı. Mən məməli heyvanlar üzrə mütəxəssisəm, 1989-cu ilə çıxan kitabda 14 məməli heyvan növü var idi, indi isə 42 məməli növü düşüb “Qırmızı kitab”a. Ən çox insan tərəfindən zərbə iri heyvanlara dəyir, bir də iri cütdıqnaqlılara. Cütdırnaqlı heyvanlar maral, cüyür, dağ keçisi, dağ qoçudur. Onlara tarixən insan tərəfindən zərər ona görə dəyib ki, həmin heyvanlar insanın qidasını təşkil edir. İnsan qidalanmaq üçün ovlayır. İnsanlar yırtıcıları ona görə öldürür ki, onlar bir tərəfdən insan təsərrüfatına zərər vurur, bir tərəfdən də insanların  yemək üçün ovladıqları heyvanlarla qidalanırlar, onları azaldırlar. Elə bil həmin yırtıcılar ovçuların rəqibidir. Tarixən insanlar həmin yırtıcıları azaldıb ki, qida üçün ovladıqları heyvanların sayı azalmasın”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır