Modern.az

Rustavidə iş adamı güllələndi

Rustavidə iş adamı güllələndi

15 Yanvar 2018, 19:51

Gürcüstanın Rustavi şəhərində iş adamı odlu silahla qətlə yetirilib. Modern.az APA-ya istinadən xəbər verir ki, Soso Kutateladzenin meyiti ofisində aşkar olunub. Qətlə yetirilmiş şəxs “İstanbul bazarı” adlanan ticarət obyektinin sahiblərindən biridir.

 

Gürcüstanın Daxili İşlər Nazirliyində faktla bağlı cinayət işi açılıb.

 

Qeyd edək ki, S. Kutateladze Gürcüstanda müxtəlif dövlət vəzifələrində çalışıb. O, 1991-ci ildən etibarən Gürcüstanın Silahlı Qüvvələrində çalışıb, 2004-2006-cı illərdə Milli qvardiyanın komandiri olub. Briqada generalı S.Kutateladze həmçinin Gürcüstan parlamentinin deputatı və Müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini olub. O, Gürcüstanın ərazi bütövlüyü uğrunda Abxaziya və Cənubi Osetiyada döyüşlərdə, İraqda sülhməramlı əməliyyatlarda iştirak edib. General Kutateladze III dərəcəli Vaxtanq Qorqosali medalı ilə mükafatlandırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!