Modern.az

Prezident əmirlə 2 saat yarım bağlı qapı arxasında...

Prezident əmirlə 2 saat yarım bağlı qapı arxasında...

15 Yanvar 2018, 20:57

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qətər əmiri Təmim bin Həmad əs-Sani ilə görüşü yekunlaşıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, tərəflər arasında görüş 2 saat yarım davam edib. Müzakirələrdə Enerji və Təbii Ehtiyatlar naziri Bərat Albayrakla Qətər Xarici İşlər naziri Şeyx Məhəmməd bin-Əbdürrəhman əl-Sani də iştirak edib.

Görüşdə iki ölkə arasında əməkdaşlıq məsələləri ilə yanaşı, regional mövzular da müzakirə edilib.

Qeyd edək ki, Qətər əmiri şeyx Təmim bin Həmad əs-Sani bu gün Türkiyəyə səfərə gəlib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir