Modern.az

Erməni deputat xalqı etiraza çağırdı

Erməni deputat xalqı etiraza çağırdı

15 Yanvar 2018, 21:14

Ermənistan parlamentində “Elk” fraksiyasının deputatları insanları bahalaşmaya qarşı küçəyə çıxmağa və hökuməti Vergilər Məcəlləsinə dəyişikliyə məcbur etməyə çağırıb. Modern.az “Trend”ə istinadən xəbər verir ki, parlamentin iclası zamanı deputatlar ölkədə yaranan vəziyyətlə əlaqədar hakim partiyanı təqsirləndirib: “Elə təəssürat yaranır ki, Ermənistan hakimiyyəti yalnız indi bahalaşma haqqında öyrənib və bunun qarşısını almağa çalışır. Amma biz bütün 2017-ci il boyunca xəbərdarlıq edirdik ki, yanvar ayından yeni Vergi məcəlləsi qüvvəyə minəcək və bahalaşma qaçılmazdır. Siz sıxılmış qazın qiymətini üç dəfə qaldıranda bilmirdiniz ki, bunun böyük təsiri olacaq?”

 

Deputat Edmon Marukyan vurğulayıb ki, parlament artıq tükəndiyi üçün insanları küçələrə çıxmağa çağırır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər