Modern.az

İsrail hərbçiləri daha bir fələstinlini güllədi

İsrail hərbçiləri daha bir fələstinlini güllədi

15 Yanvar 2018, 23:07

İordan çayının Qərb Sahilində gərginlik davam edir. Modern.az  xarici mediaya istinadən xəbər verir ki, İsrail hərbçiləri ilə toqquşmalar zamanı daha bir fələstinli ölüb.

 

Fələstinin Səhiyyə Nazirliyinin məlumatına görə, 24 yaşlı gənc fələstinli Kalkinyi şəhəri ərazisində İsrail hərbçiləri ilə toqquşmalar zamanı güllələnib: “Daha bir fələstinli başından güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Onun həyatı təhlükədədir”.

 

Qeyd edək ki, Fələstin torpaqlarında etiraz dalğası ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq barədə qərarına cavab olaraq başlayıb və artıq bir aydan çoxdur ki, davam edir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür