Modern.az

Baş nazir istefa verdi

Baş nazir istefa verdi

16 Yanvar 2018, 00:23

Rumıniyanın baş naziri Mixay Tudose istefa verib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu gün Rumıniyanın hakim Sosial-Demokrat partiyasının fövqəladə toplantısı keçirilib. Partiyanın icraiyyə komitəsi baş nazirin siyasi dəstəkdən məhrum edilməsinə səs verib.

 

Nəticədə Mixay Tudose istefa verdiyini bəyan edib. Onun səlahiyyətlərini müvəqqəti olaraq baş nazirin müavini Paul Stenesku icra edəcək. Qeyd edək ki, sabiq iqtisadiyyat naziri 51 yaşlı Mixay Tudose ötən ilin iyunundan Rumıniya hökumətinə başçılıq edirdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi