Modern.az

Putin və Tramp niyə Bakını seçdi – Rusiyalı keçmiş nazir müavinindən AÇIQLAMA

Putin və Tramp niyə Bakını seçdi – Rusiyalı keçmiş nazir müavinindən AÇIQLAMA

Dünya

16 Yanvar 2018, 11:02

Nüfuzlu "BuzzFeed" portalı NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali Baş Komandanı, general Kertis Skaparroti (ABŞ) və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov arasında yanvar ayında Bakıda görüşün keçiriləcəyini yazıb.

 

Görüşün dəqiq tarixi bəlli deyil, bu haqda nə NATO, nə də Rusiya rəsmi açıqlama verib. Bununla belə NATO və Rusiyanın yüksək rütbəli hərbçilərinin gözlənilən Bakı görüşü hələ də müzakirə predmetidir.

 

Modern.az saytının xəbərinə görə, Rusiya xarici işlər nazirinin keçmiş müavini Georgi Kunadze ingilisdilli “Azeridaily” portalına deyib ki, generallar Bakıda əsasən Suriya münaqişəsini və Ukrayna böhranını müzakirə edəcəklər.

 

“Hər iki münaqişənin həlli ilə bağlı hər hansı razılığın əldə olunacağını demək çətindir. Onu da söyləmək çətindir ki, niyə Bakı seçilib. Lakin mümkündür ki, bu seçim zamanı bütün postsovet məkanı nəzərdən keçirilib.

Azərbaycan isə bir dövlət kimi  Rusiya ilə Qərb arasında mövqeyini daha aydın şəkildə göstərir, tərəflərdən hər hansı birinin müttəfiqi olmadığını biruzə verir”-Kunadze belə deyib.

 

Onun sözlərinə görə, Azərbaycanın obyektiv mövqeyi rəsmi Bakının diplomatiyasının nəticəsidir.

 

“Hər halda Bakıda bu cür görüşün keçirilməsi çox əhəmiyyətlidir”-keçmiş diplomat bildirib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!