19 noyabr 2018, Bazar ertəsi
Ana Səhifə - ƏDƏBİYYAT - Vaqif Yusifli: “İndi nəşr olunan kitabların böyük qismi zəifdir” - MÜSAHİBƏ
Vaqif Yusifli: “İndi nəşr olunan kitabların böyük qismi zəifdir” - MÜSAHİBƏ
16.01.2018, 13:51

Ədəbiyyat söhbətində növbəti qonağımız tanınmış tənqidçi alim Vaqif Yusiflidir. Qələmə bağlı ömür sürən Vaqif Yüsifli bir neçə əsərin həm müəllifi, həm də tərtibçisidir. Bir neçə kitabın müəllifi kimi qələmlə dostluğu sədaqətli, dürüst və mehriban davam etdirir. Dünyaya göz açan hər kəsin öz çığırı olduğu kimi, Vaqif Yusifli də özünə açdığı şərəfli çığırla uğurla addımlayır. Arxada qoyduğu illərə heyfsilənmədən, qürurla baxaraq, qələmlə yaşadığı ömürə sevinir. Yola saldığı günlərin hədər getmədiyinə sevinən alim bu günlərini və gələcək günlərini də elmə həsr edir. 

Vaqif Yusifli 1948-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib. 1967-1972-ci illərdə ADU-nun Filologiya fakültəsində təhsil alıb. 1968-ci ildən dövri mətbuatda çıxış edir. Universiteti bitirdikdən sonra üç il (1972-1975) Masallı rayonunda, orta məktəblərdə dil-ədəbiyyat müəllimi işləyib. 1975-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspiranturasına daxil olub. 1979-cu ilin oktyabr ayında «Müasir Azərbaycan nəsrində konflikt və xarakter» mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Həmin ilin dekabr ayından «Azərbaycan» jurnalının Tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri kimi fəaliyyətə başlayıb, 1997-ci ilin noyabrından həmin jurnalın baş redaktor müavini vəzifəsinə təyin edilib. 2002-ci ildən Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi kimi çalışır. 2011-ci ildə «Müasir Azərbaycan poeziyasında ənənə və novatorluq» mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Vaqif Yusifli müasir ədəbi prosesdə fəal iştirak edən görkəmli tənqidçidir. Onun ədəbiyyatın müxtəlif problemlərinə həsr olunmuş 1000-ə qədər irili-xırdalı məqaləsi var. Bu məqalələr keçən əsrin ikinci yarısından başlayaraq Azərbaycan nəsrinin, poeziyasının, dramaturgiyasının və ədəbi tənqidinin inkişaf prosesini, mənzərəsini əks etdirir. O, tənqidin müxtəlif janrlarında (problem məqalə, esse, resenziya, ədəbi məktub, icmal və s.) qələmini sınayıb. Məqalələri Azərbaycanın hüdudlarından kənarda-Türkiyə və Almaniyada da çap olunub.

 

- AMEA-nın Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsi yeni yaransa da, elmimizə töhfələr verməkdədir. Şöbənin müdiri kimi görülən işlər barədə məlumat verə bilərsinizmi?

           
- Ədəbi tənqid şöbəsi 2014-cü ilin yanvarında yaradılıb. Təşəbbusçüsü institutun direktoru, akademik İsa Həbibbəyli olub. Bu şöbə cəmi 9 nəfərdən ibarətdir. Sizə deyə bilərəm ki, seçimi özüm etdim. Bu şöbədə ədəbi tənqidimizin az-çox tanınan nümayəndələri: Elnarə Akimova, Nərgiz Cabbarlı, Qürbət Mirzəzadə, Fidan Əbdürrəhmanova, Nərmin Cahangirova fəaliyyət göstərir. Onların məqalə və resenziyalarına mətbuatda tez-tez rast gəlirsiniz. Hal-hazırda şöbəmizin qarşısında bir neçə əsas məsələ durur: Ədəbi tənqid tariximizi mərhələlər üzrə öyrənmək və tədqiq etmək, ayrı-ayrı görkəmli tənqidçilərin yaradıcılıq yolunu işıqlandırmaq, onların ədəbi portretini yaratmaq və müasir ədəbiyyatla bağlı tənqidi fikri formalaşdırmaqdır.

           
Sizlərə şöbəmizin hər il hazırladığı bir kitabın adını çəkə bilərəm. “Ədəbi proses” kitabı hər il Ədəbiyyat İnstitutunda nəşr edilir. Bunun əsasında ötən ilin ədəbi yekunları ilə bağlı elmi-yaradıcılıq müşavirəsi keçirilir və məruzəçilər poeziya, nəsr, dramaturgiya, publisistika, uşaq ədəbiyyatı, gənclərin ədəbi axtarışları və s. mövzularında məruzələr edirlər. Bu məruzələr “Ədəbi proses” kitabında işıq üzü görür. İndiyə qədər mənim redaktorluğumla 3 belə kitab çap edilib. Bundan başqa, biz görkəmli tənqidçi akademik Məmməd Arifin 110-illiyi ilə bağlı onun haqqında yazılan məqalələr toplusunu çapa hazırlamışıq. Böyük həcmdə nəşr edilən görkəmli tənqidçi Kamal Talıbzadənin seçilmiş əsərlərini şəxsən özüm hazırladım. Kitab artıq çap olunub. Daha nə deyim? Çox işlər görmüşük və görəcəyik.

           

- "Azərbyacan" jurnalında Ədəbi tənqid şöbəsinə uzun illər rəhbərlik etmiş biri kimi AYB-in bu orqanı haqqında nələr deyə bilərsiz?

           

- “Azərbaycan jurnalı” mənim həyatımda yaradıcılıq yolunda böyük rol oynayıb. Uzun müddət Ədəbi tənqid şöbəsinin müdiri, sonra baş redaktorun müavini olmuşam. Məni bir tənqidçi kimi tanıdan məhz bu jurnal olub. “Azərbaycan jurnalı” sözün əsl mənasında Azərbaycan ədəbiyyatının - həm klassik, həm də müasir dövrün güzgüsüdür. İndi də bu missiyanı şərəflə yerinə yetirir. Və jurnalla əlaqəmi üzməmişəm, yenə orada yazılar çap etdirirəm.

           



- Gənc yazarların əksəriyyəti haqqında fikir söyləmisiniz. İndiki gənclərin yaradıcılığı hansı səviyyədədir? Sizi qane edirmi?

           

- Mənim yaradıcılığımda “Ədəbi gənclik” mövzusu mühüm yer tutur. Bu mövzuya 80-ci illərdən müraciət etmişəm. Artıq 4 ədəbi nəslin yaradıcılığı ilə bağlı sayı-hesabı bilinməyən məqalələrin müəllifiyəm. 1997-ci ilin son oktyabr günündə ulu öndərimiz Heydər Əliyevin qarşısında “Ədəbi gənclik” haqqında məruzə etdim. Çıxışımın səhəri, Yazıçıların 10-cu qurultayında yenə həmin mövzuda çıxış etdim. “Ədəbi gənclik” ədəbiyyatın sabahıdır. Onları vaxtında qiymətləndirmək lazımdır. Son 10 ildə ədəbiyyatımıza istedadlı gənclər gəlib. Mən də çalışıram ki, onların yaradıcılığı haqqında ilk sözü deyə bilim. Qismətin, Ramil Əhmədin, Ruslan Əli Dostun, Ruzbeh Məmmədin, Günel Bağıyevanın, Günel Eyvazlının, Elşad Ərşadoğlunun, Arzu Nehrəmlinin, Cavidanın, Emin Prinin, Mahir Mehdinin, Aysel Əlizadənin, Gülnar Səmanın və b. cavanların yazıları haqqında məqalələrim dərc edilib. Həmin yazılarda cavanların qüsurları haqqında da söz açmışam. Bir sözlə, “Ədəbi gənclik” daim mənim diqqət mərkəzimdədir.

           
- Bir neçə araşdırma və kitab müəllifisiz. Ümumiyyətlə, texnologiyaların bizə verdiyi imkanların nəticəsidir ki, kitab çapı asanlaşıb və çoxlu çap məhsulları işıq üzü görür. Bu qədər əsərlərin çap edilməsinə münasibətinizi bilmək istərdik.

           
- Müstəqillik illərini yaşayırıq. Söz azadlığı var. Meydanda hamı kitab çap etdirir. Heç şübhəsiz nəşr olunan kitabların böyük bir qismi zəifdir. Amma yaxşıları da var. Mirzə Ələkbər Sabirin bu misraları ilə sualınıza cavab vermək istərdim: “Çalxalandıqca, bulandıqca zaman nehrə kimi, Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur”.

           

- Filologiya üzrə elmlər doktorusunuz. Cəmiyyətin ən şərəfli və məsuliyyətli adı olan alim  adını daşıyırsız. Alimliyin məsuliyyəti nədir?

           

- Alimliyin məsuliyyəti vicdanlı olmaqdır. Öz işinə professionallıqla yanaşmaqdır.

           

- Son zamanlar gənclər Nizami, Füzuli kimi klassikləri az oxuyurlar. Daha çox dedektiv janra üstünlük verirlər. Bunun səbəbi, sizcə, nədir?

           
- Heç kimi məcbur etmək olmaz. Heç şübhəsiz ədəbiyyatla maraqlanan bir oxucu, ya da şair klassik ədəbiyyatı, az da olsa, oxumalıdır. Xüsusilə cavan şair Füzulini oxumursa, ondan həqiqi şair kimi danışmaq müşkül olar. Hərçənd ki, Füzulini dərk etmək çətindir, amma zəhmət çəksələr, Füzuli dünyasına bələd olmaq heç də çətin olmaz. Özüm də bu yolu keçmişəm. Klassik ədəbiyyat, xüsusilə poeziya meyar rolunu oynayır. Baxıb görürsən ki, klassiklərimiz sözə necə mənalar veriblər, necə təşbeh və metaforalar işlədiblər.

           
- İctimai yerlərdə son zamanlar kitab mütailə edənlərin sayı azalıb. Əvvəlki kimi, kitab, qəzet oxuyanları görə bilmirik. Buna texnologiyalar təsir edir, yoxsa insanların mütaliəyə marağı azalıb?

           
- Kitab oxumaq, mütaliə etmək ən böyük mədəniyyətdir. Mən nəvələrimi - Samiri, Ayanı, Sunayı, Yusifi və balaca Vaqif Yusiflini də bu ruhda böyüdürəm. Hərçənd ki, onlar da mobil telefona az meyil etmirlər. Amma bir söz deyim ki, nə qədər miqyaslı texnologiya yaransa da, bədii ədabiyyatın tərbiyəvi, estetik cazibəsini sarsıda bilməz. Elə isə yaşasın ədəbiyyat.

 


Söhbətləşdi: Mahmud Əyyub


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İlham Əliyevin Belarusa səfəri başa çatdı - FOTO
19.11.2018, 19:51

İlham Əliyevin Belarusa səfəri başa çatdı - FOTO

Bakıda narkotiklə mübarizəyə dair sessiya keçirilir - Nazir və generallar bir arada + Fotolar
19.11.2018, 19:46

Bakıda narkotiklə mübarizəyə dair sessiya keçirilir - Nazir və generallar bir arada + Fotolar

MMS və SMS ləğv olunacaq
19.11.2018, 19:39

MMS və SMS ləğv olunacaq

Bakı-Sumqayıt yolunda maşın piyadanı vurub öldürdü - Foto
19.11.2018, 19:28

Bakı-Sumqayıt yolunda maşın piyadanı vurub öldürdü - Foto

Ağsuda kolları məhv edən şəxs 32 min manat cərimələndi
19.11.2018, 19:15

Ağsuda kolları məhv edən şəxs 32 min manat cərimələndi

Ədəbiyyat üzrə yeni Nobel Komitəsi yaradıldı
19.11.2018, 19:01

Ədəbiyyat üzrə yeni Nobel Komitəsi yaradıldı

Putinlə Ərdoğan görüşüb
19.11.2018, 18:50

Putinlə Ərdoğan görüşüb

Sabah Bakının bu rayonlarında qaz olmayacaq
19.11.2018, 18:39

Sabah Bakının bu rayonlarında qaz olmayacaq

Azərbaycan yığması yenə uduzdu
19.11.2018, 18:28

Azərbaycan yığması yenə uduzdu

Əfqanıstanın Azərbaycandakı yeni səfiri Bakıya gəlib
19.11.2018, 18:22

Əfqanıstanın Azərbaycandakı yeni səfiri Bakıya gəlib

Ramiz Mehdiyev Qriqorian kilsəsinin Səfəvilər dövlətinə qarşı casusluğundan YAZDI
19.11.2018, 18:13

Ramiz Mehdiyev Qriqorian kilsəsinin Səfəvilər dövlətinə qarşı casusluğundan YAZDI

Dövlət Komitəsinin rəhbərliyi Nyu-Yorkda görüşlər keçirib - FOTO
19.11.2018, 18:09

Dövlət Komitəsinin rəhbərliyi Nyu-Yorkda görüşlər keçirib - FOTO

Azərbaycan Belarusdan yeni silahlar alacaq
19.11.2018, 18:03

Azərbaycan Belarusdan yeni silahlar alacaq

Nazirlik 136 minə yaxın ağac paylayıb
19.11.2018, 17:43

Nazirlik 136 minə yaxın ağac paylayıb

Mətbuat Şurasından jurnalistin ölümü ilə bağlı NEKROLOQ
19.11.2018, 17:26

Mətbuat Şurasından jurnalistin ölümü ilə bağlı NEKROLOQ

Paşinyan QƏZƏBLƏNDİ: “Hamı bizim maraqlarımızla hesablaşacaq”
19.11.2018, 17:18

Paşinyan QƏZƏBLƏNDİ: “Hamı bizim maraqlarımızla hesablaşacaq”

Manat və dolların sabahkı məzənnəsi
19.11.2018, 17:12

Manat və dolların sabahkı məzənnəsi

Doktorant və dissertantlar imtahan verdilər
19.11.2018, 16:55

Doktorant və dissertantlar imtahan verdilər

Putinin iştirakı ilə “Türk Axını”nın açılışı olub
19.11.2018, 16:54

Putinin iştirakı ilə “Türk Axını”nın açılışı olub

Ağsu sakini təbiətə 32 min manat ziyan vurdu
19.11.2018, 16:44

Ağsu sakini təbiətə 32 min manat ziyan vurdu

Bir ailənin 3 üzvü dəm qazından zəhərləndi - XƏTAİDƏ
19.11.2018, 16:39

Bir ailənin 3 üzvü dəm qazından zəhərləndi - XƏTAİDƏ

Azərbaycan-Belarus sənədləri imzalandı - YENİLƏNİB
19.11.2018, 16:35

Azərbaycan-Belarus sənədləri imzalandı - YENİLƏNİB

Prezidentlər bəyanat verdilər
19.11.2018, 16:22

Prezidentlər bəyanat verdilər

Azərbaycan və Rusiya jurnalistləri arasında memorandum imzalandı
19.11.2018, 16:20

Azərbaycan və Rusiya jurnalistləri arasında memorandum imzalandı

İlham Əliyev: “Azərbaycan və Belarus arasında əməkdaşlıq tamamilə yeni səviyyəyə çatıb”
19.11.2018, 16:01

İlham Əliyev: “Azərbaycan və Belarus arasında əməkdaşlıq tamamilə yeni səviyyəyə çatıb”

Avropa Birliyi və Böyük Britaniya Brexit-lə bağlı RAZILAŞDI
19.11.2018, 15:56

Avropa Birliyi və Böyük Britaniya Brexit-lə bağlı RAZILAŞDI

Aqrar Tədqiqatlar Mərkəzinin media üçün təqdimatı olub
19.11.2018, 15:50

Aqrar Tədqiqatlar Mərkəzinin media üçün təqdimatı olub

391 dərslik, 154 müəllim... - DİM monitorinqin nəticələrini AÇIQLADI
19.11.2018, 15:46

391 dərslik, 154 müəllim... - DİM monitorinqin nəticələrini AÇIQLADI

Renault-Nissan-Mitsubishi alyansının prezidenti həbs olundu
19.11.2018, 15:45

Renault-Nissan-Mitsubishi alyansının prezidenti həbs olundu

Tələbələr pulsuz müayinə olunacaq
19.11.2018, 15:45

Tələbələr pulsuz müayinə olunacaq

Pərviz Şahbazov “Türk axını”ilə bağlı mərasimdə iştirak edir
19.11.2018, 15:43

Pərviz Şahbazov “Türk axını”ilə bağlı mərasimdə iştirak edir

BBC bu ilin 100 nüfuzlu qadınını seçdi - Biri Azərbaycandandır
19.11.2018, 15:27

BBC bu ilin 100 nüfuzlu qadınını seçdi - Biri Azərbaycandandır

Azərbaycan və Belarus prezidentlərinin geniş tərkibdə görüşü olub 
19.11.2018, 15:24

Azərbaycan və Belarus prezidentlərinin geniş tərkibdə görüşü olub 

Ölkəyə gətirilən bu avtobuslar ƏDV-dən azad olunacaq
19.11.2018, 15:23

Ölkəyə gətirilən bu avtobuslar ƏDV-dən azad olunacaq

İlham Əliyevin Belarus səfərindən gözləntilər...
19.11.2018, 15:05

İlham Əliyevin Belarus səfərindən gözləntilər...

Təhsil Naziri əmr imzaladı - Rəşad Məcid sədr müavini təyin olundu
19.11.2018, 15:00

Təhsil Naziri əmr imzaladı - Rəşad Məcid sədr müavini təyin olundu

Nazir də ANONS ETDİ: “Gəlir vergisinə güzəştlər olacaq” - AÇIQLAMA   
19.11.2018, 14:54

Nazir də ANONS ETDİ: “Gəlir vergisinə güzəştlər olacaq” - AÇIQLAMA  

Erməni hərbçi qəza törətdi – Ölən var və yaralananlar var
19.11.2018, 14:54

Erməni hərbçi qəza törətdi – Ölən var və yaralananlar var

Bu şəxslərin maaşı gəlir vergisindən azad edilir  
19.11.2018, 14:43

Bu şəxslərin maaşı gəlir vergisindən azad edilir  

Bitkoin kəskin ucuzlaşdı   
19.11.2018, 14:32

Bitkoin kəskin ucuzlaşdı  

Qarabağ söhbəti: “Göz yaşı axıdıb ağlamadım, amma içim bu gün də Şuşaya ağlayır” - LAYİHƏ
19.11.2018, 14:29

Qarabağ söhbəti: “Göz yaşı axıdıb ağlamadım, amma içim bu gün də Şuşaya ağlayır” - LAYİHƏ

İcazəsiz ov etmək istəyən 3 nəfər saxlanıldı
19.11.2018, 14:24

İcazəsiz ov etmək istəyən 3 nəfər saxlanıldı

Fransa erməniləri Qarabağ üçün 1,2 milyon avro ianə topladılar
19.11.2018, 14:23

Fransa erməniləri Qarabağ üçün 1,2 milyon avro ianə topladılar

Rövşən Rzayev italiyalı diplomatla görüşdü - FOTOLAR
19.11.2018, 14:20

Rövşən Rzayev italiyalı diplomatla görüşdü - FOTOLAR

78 dövlət əmlakı hərraca çıxarıldı
19.11.2018, 14:13

78 dövlət əmlakı hərraca çıxarıldı

Bakıda ögey qardaşları güllələyən şəxs tutuldu
19.11.2018, 14:11

Bakıda ögey qardaşları güllələyən şəxs tutuldu

Vergi Məcəlləsində nağdsız hesablaşmalarla bağlı yeni DƏYİŞİKLİK   
19.11.2018, 13:48

Vergi Məcəlləsində nağdsız hesablaşmalarla bağlı yeni DƏYİŞİKLİK  

Bakıda kirayənişin qadını öldürən kişi saxlanıldı   
19.11.2018, 13:33

Bakıda kirayənişin qadını öldürən kişi saxlanıldı  

Prezidentlərin təkbətək görüşü olub - FOTOLAR
19.11.2018, 13:12

Prezidentlərin təkbətək görüşü olub - FOTOLAR

Əli Kərimli 2500 manat cərimə edildi, AXCP-çilər sərbəst buraxıldı - YENİLƏNİB
19.11.2018, 13:10

Əli Kərimli 2500 manat cərimə edildi, AXCP-çilər sərbəst buraxıldı - YENİLƏNİB

ARXİV