20 avqust 2018, Bazar ertəsi
Ana Səhifə - MƏDƏNİYYƏT - Qulu Məhərrəmli Dilçilik İnstitutunun qərarına qarşı ÇIXDI
Qulu Məhərrəmli Dilçilik İnstitutunun qərarına qarşı ÇIXDI
16.01.2018, 14:23

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının növbəti iclası keçirilib. İclasda Azərbaycan dilinin orfoqrafiya qaydalarının təlim və tərtib prinsipləri müzakirə olunub.

Tədbirdə yeni “Orfoqrafiya lüğət”ində ediləcək bəzi dəyişikliklər də diqqətə çatdırılıb.  “Əsgər” sözünün “əskər”, “alqı-satqı” sözünün “alğı-satqı” yazılması təklifi məqbul sayılıb. Həmçinin yeni lüğətdə süni, qondarma sözlərin yer almayacağı vurğulanıb.

 

Orfoqrafiya lüğətinə dəyişikliklə bağlı Modern.az-a danışan tanınmış media eksperti Qulu Məhərrəmli ümumiyyətlə bu cür dəyişikliklərin niyə edildiyini başa düşmədiyini bildirib:

 

“10-15 il bundan əvvəl “metafora” yazmışıq, 2013-cü ildə çıxan lüğətdə “metafor” edilib. İndi də təklif edirik ki, yazaq “metafora”. Bu onu göstərir ki, bu məsələlərə yanaşmada ciddi elmi prinsip yoxdur. Biri istəyir bu söz bu şəkildə yazılsın, biri  də istəyir ki, mədəniyyət sözündə bir “y” olsun. Mədəniyyət sözündə 2 “y” hərfinin olmağı kimə mane olur? Sadəcə olaraq bəzi sözlər 1 “y” hərfi  ilə yazılmalıdır. Xüsusi isimlər mütləq  2 “y” hərfi  ilə yazılmalıdır. Hər bir dəyişiklik ciddi elmi əsasa söykənməlidir. Orfoqrafiya lüğəti çox ciddi və sabit prinsiplərə əsaslanmalıdır. Bu olmasa, biz gündə orfoqrafiyada bir söz dəyişəcəyik. Bu bir institutun, bir şuranın gəldiyi qərar olmamalıdır. Dil hamının ümumi məhsuludur. Dildə gedən proseslərdə ölkənin intellektual qatı fəal iştirak etməlidir. Mən şəxsən bu dəyişikliklərin tərəfdarı deyiləm. Yazıda çətinlik yaradan məsələləri dəyişdirmək olar. Amma başdan-başa bütün qaydalara yenidən yanaşmaq və  bir çoxunun da elmi cəhətdən səbəbini izah edə bilməmək düzgün deyil”.

 

Qulu Məhərəmli deyib ki, söz hansı dildən götürülübsə o dilə istinad etmək tamamilə yanlışdır:

 

“Əsgər”, “əsginaz” sözlərində əsas gətirirlər ki, mənbə dildə bu söz belə yazılır. Mənbə dilə istinad etmək kökündən yanlışdır. Bu sözlərin yazılışı ilə bağlı irəli sürülən təkliflərdə mən ciddi prinsip görmürəm. Bu dəyişikliklərin Azərbaycan dilini hara aparacağını, hansı dolaşığı, xaosu yaradacağını təsəvvür edə bilmirəm. Mən əminəm ki, bu dəyişikliklər qəbul olunarsa, 5 ildən sonra tamam başqa dalğa gələcək. Ən başlıcası odur ki, bu gün Azərbaycan dilinin “Orfoqrafiya lüğəti”ni dəyişdirməyə heç bir lüzum və ehtiyac yoxdur. Dillə bu şəkildə davranmaq olmaz”.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Tramp: “İsrailin Məhəmməd adlı baş nazirinin olacaq”
20.08.2018, 18:19

Tramp: “İsrailin Məhəmməd adlı baş nazirinin olacaq”

Bu yolun tikintisinə 13,7 milyon manat ayrılıb
20.08.2018, 18:14

Bu yolun tikintisinə 13,7 milyon manat ayrılıb

İlham Əliyev Azərbaycan xalqını təbrik edib
20.08.2018, 18:11

İlham Əliyev Azərbaycan xalqını təbrik edib

Aprel şəhidinin doğum günündə - FOTOLAR
20.08.2018, 18:00

Aprel şəhidinin doğum günündə - FOTOLAR

“Şollerin arxivi” filmi İngiltərədəki festivalda finala çıxdı   
20.08.2018, 17:32

“Şollerin arxivi” filmi İngiltərədəki festivalda finala çıxdı  

Xaçaturyan qızlarını zorlayıbmış
20.08.2018, 17:29

Xaçaturyan qızlarını zorlayıbmış

Çingiz Mustafayev adına Fond jurnalist müsabiqəsi elan etdi   
20.08.2018, 17:15

Çingiz Mustafayev adına Fond jurnalist müsabiqəsi elan etdi  

Qurban bayramına görə bu ünvanlarda yarmarkalar olacaq - SİYAHI
20.08.2018, 17:05

Qurban bayramına görə bu ünvanlarda yarmarkalar olacaq - SİYAHI

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
20.08.2018, 17:03

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Çeçenistanda iki silahlı nazirlik binasına girmək istəyərkən məhv edildi
20.08.2018, 16:46

Çeçenistanda iki silahlı nazirlik binasına girmək istəyərkən məhv edildi

Yeltsin üç gün dayanmadan içib və Amerika səfirliyinə qaçmaq istəyib
20.08.2018, 16:44

Yeltsin üç gün dayanmadan içib və Amerika səfirliyinə qaçmaq istəyib

Azərbaycanda daun sindroumlulardan ibarət futbol komandası yaradılır
20.08.2018, 16:42

Azərbaycanda daun sindroumlulardan ibarət futbol komandası yaradılır

“İrəli”də yeni layihə: “SAY-Cümhuriyyət”
20.08.2018, 16:32

“İrəli”də yeni layihə: “SAY-Cümhuriyyət”

Fiziki qüsurlular üçün sərgi keçiriləcək
20.08.2018, 16:24

Fiziki qüsurlular üçün sərgi keçiriləcək

Banklar gücləndirilmiş iş rejiminə keçir 
20.08.2018, 16:09

Banklar gücləndirilmiş iş rejiminə keçir 

Dövlət Komitəsi Füzuli və Cəbrayılın işğalını ANDI
20.08.2018, 15:57

Dövlət Komitəsi Füzuli və Cəbrayılın işğalını ANDI

“İslamşünaslıq”da oxumaq istəyənlərin NƏZƏRİNƏ
20.08.2018, 15:56

“İslamşünaslıq”da oxumaq istəyənlərin NƏZƏRİNƏ

FHN gücləndirilmiş rejimdə çalışacaq
20.08.2018, 15:44

FHN gücləndirilmiş rejimdə çalışacaq

Koçaryan ətrafına Rusiya tərəfdarlarını toplayır
20.08.2018, 15:36

Koçaryan ətrafına Rusiya tərəfdarlarını toplayır

Rövşən Rzayev kollegiya iclası keçirdi
20.08.2018, 15:19

Rövşən Rzayev kollegiya iclası keçirdi

Yol polisi Bakıda bir həftədə 13 mindən çox şəxsi CƏRİMƏLƏDİ
20.08.2018, 15:13

Yol polisi Bakıda bir həftədə 13 mindən çox şəxsi CƏRİMƏLƏDİ

Türkiyədən ABŞ səfirliyinin atəşə tutulmasına REAKSİYA
20.08.2018, 15:01

Türkiyədən ABŞ səfirliyinin atəşə tutulmasına REAKSİYA

İspaniya baş naziri Katoloniya lideri ilə görüşəcək
20.08.2018, 14:58

İspaniya baş naziri Katoloniya lideri ilə görüşəcək

Robert Koçaryanın evində və ofisində axtarış aparılıb
20.08.2018, 14:54

Robert Koçaryanın evində və ofisində axtarış aparılıb

Qurban bayramına görə qatarlara əlavə vaqonlar qoşulacaq
20.08.2018, 14:44

Qurban bayramına görə qatarlara əlavə vaqonlar qoşulacaq

Tələbələr hansı halda təhsil haqqını ödəməkdən imtina edə bilər? – Nazirlikdən AÇIQLAMA
20.08.2018, 14:38

Tələbələr hansı halda təhsil haqqını ödəməkdən imtina edə bilər? – Nazirlikdən AÇIQLAMA

Hərracda özəlləşdirməyə 172 dövlət əmlakı çıxarıldı
20.08.2018, 14:26

Hərracda özəlləşdirməyə 172 dövlət əmlakı çıxarıldı

Bakıda daha bir avtobus dayanacağı zəbt edildi
20.08.2018, 14:23

Bakıda daha bir avtobus dayanacağı zəbt edildi

Xəzərlə bağlı razılaşma Ermənistanda qorxu yaratdı: “Bu nəticələr bizə zərbədir”
20.08.2018, 14:08

Xəzərlə bağlı razılaşma Ermənistanda qorxu yaratdı: “Bu nəticələr bizə zərbədir”

20.08.2018, 13:40

"Total" İrandan çıxdı

Azərbaycanda bahalı maşınlar ucuzlaşa bilər
20.08.2018, 13:35

Azərbaycanda bahalı maşınlar ucuzlaşa bilər

Şeyx Azərbaycan xalqını təbrik etdi
20.08.2018, 13:23

Şeyx Azərbaycan xalqını təbrik etdi

6 vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
20.08.2018, 13:05

6 vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi

Sabahın hava PROQNOZU
20.08.2018, 13:01

Sabahın hava PROQNOZU

Heydər Əliyev Fondu tərəfindən ADAU-ya dəstək
20.08.2018, 12:52

Heydər Əliyev Fondu tərəfindən ADAU-ya dəstək

ARXİV