21 may 2018, Bazar ertəsi
Ana Səhifə - GÜNDƏM - “Orfoqrafiya sözlüyü hər bir azərbaycanlının evində olmalıdır”
“Orfoqrafiya sözlüyü hər bir azərbaycanlının evində olmalıdır”
16.01.2018, 15:02

“Aydın yol” Azərbaycan Dil Qurumu İctimai Birliyinin sədri, Xalq şairi, Sabir Rüstəmxanlıyla müsahibəni təqdim edir:

 

– Sabir müəllim, məlum olduğu kimi, Tərcümə Mərkəzinin növbəti nəşri – “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” bu günlərdə çapdan çıxdı və geniş müzakirə doğurdu. Necə düşünürsünüz, sözlükdə hansısa mübahisəli məqamlar varmı?

– Tərcümə Mərkəzinin “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nü vərəqləyib incələmişəm. Nizami Cəfərovun kitaba yazdığı ön sözü də oxumuşam, peşəkarlıqla təhlil edib. Mənə elə gəlir ki, bu kitabda zərrə qədər də  mübahisəyə yer yoxdur. Çünki bu sözlüyü hazırlayanlar savadlı, peşəkar adamlardır. Onlar kitaba “Azərbaycan dilinin orfoqrafiya lüğəti” adını verməyiblər. Kitabı “Azərbaycan dilinin  işlək orfoqrafiya sözlüyü” adlandırıblar. Yəni kitabda müasir dövrümüzdə daha çox işlənən sözlər yer alıb. Ola bilsin, bundan sonra da xeyli ayrı sözlər yaransın. Amma o sözlər dildə mütəmadi işlənən, bizə lazım olan sözlər olmaya bilər.

Bax elə bundan başlayaq ki, bizimkilər hökmən “lüğət” sözündən istifadə edirlər. Halbuki onun qarşılığı olan türk variantı – “sözlük” var və qəbul olunub. Qəribə də olsa, nəyə görəsə biz özümüzün bir sıra sözlərimizi anlamaq üçün onları ərəb və fars dilinə çeviririk. Mən bu prinsipi başa düşə bilmirəm. Doğma sözlərimiz ola-ola onların başqa dildəki qarşılığını işlətməyin heç bir mənası yoxdur.

Bu orfoqrafiya sözlüyü Tərcümə Mərkəzinin bu istiqamətdə birinci nəşridir. Bir vətəndaşlıq borcu kimi gözəl təşəbbüs göstərərək bu nəşri hazırlayıblar. Bu sözlüyün nəşr edilməsində bir məqsəd də lazım olan sözlərin axtarışına mane olan qurama və ya  qüsurlu sözləri ixtisar etmək olub. Bu mənada mən bu sözlüyü bəyəndim. Gördüyünüz kimi, nəşr əlimin altındadır. Məncə, mükəmməl və faydalı bir iş görülüb. Bu, Nəsimi adına  Dilçilik İnstitutunu hərəkətə gətirməlidir. Ortaya qoyulan bu iş göstərdi ki, bizim dilimiz ancaq onların ümidinə qalmayıb.

Həmçinin bu sözlükdə tez-tez qarşımıza çıxan dünya ölkələrinin adları var ki, onların düzgün yazılışının təqdim olunması çox yaxşıdır. Oxucuların işini asanlaşıdıracaq. Çox istərdim ki, bu sözlük böyük tirajla nəşr olunsun.

 

– Sizcə, bu sözlükdən istifadə daha çox cəmiyyətin hansı təbəqəsi üçün nəzərdə tutulmalıdır?

– Orfoqrafiya sözlüyü hər bir azərbaycanlının evində olmalıdır. Çünki hər bir azərbaycanlının evində  uşaq var. O uşaq məktəbə gedir və yazı qaydaları ilə bağlı hansısa sualı olarsa, mütləq valideyni onu həmin sözlük vasitəsilə dəqiqləşdirməlidir. Bəzi sözlərin düzgün yazılışını heç müəllimlər də bilmir. Bu mənada, sözsüz ki, həmin kitab məktəblərdə də olmalıdır. Bəzən uşaq orta məktəbi bitirir, amma müəyyən sözlərin yazılışını hələ də yanlış bilir. Ona görə də bu və bu kimi sözlüklər böyük tirajla çap olunmalı, bütün məktəblərə, digər müvafiq yerlərə paylanmalıdır.

 

 

– Sabir müəllim, 1929-cu ildən bəri ölkəmizdə 6 orfoqrafiya lüğəti tərtib olunub. Bu lüğətlərdə daha çox hansı qüsurlara rast gəlmisiniz?

– Bilirsiniz, qarşılığı bizim öz ana dilimizdə olduğu halda, yad sözlərin orfoqrafiya lüğətinə salınmasını qəbul edə bilmirəm. Bunu məntiqə, dövlətimizin apardığı siyasətə, xalqımızın inkişaf istiqamətinə uyğun hesab etmirəm. Azərbaycan türkcəsi türk dillərinin bir qoludur və bizim zənginləşmək üçün əsas mənbəyimiz  türk dilləridir. Əgər Azərbaycan dilində bir söz yoxdursa, türk dilində varsa, niyə biz ondan istifadə etməyək? Niyə “cəmiyyət” yerinə “toplum”, “əhəmiyyət” yerinə “önəm” deyilirsə, bunlar rəsmiləşib orfoqrafiya lüğətində yerini tapmasın?

 

 

– Tez-tez uşaqların rusdilli məktəblərdə təhsil alaraq ana dilimizdə danışa bilməməsini tənqid edən fikirlər də səsləndirirsiniz…

– Məncə, uşaqlarını rusdilli məktəblərdə oxudan valideynlər düşünməlidir.

Yaponların bununla bağlı araşdırması var. Ana dili insanın beyninin bir yarımkürəsindədir, yabançı dil digər yarımkürədə. Öz dilində danışmaq üçün gərək bir yarımkürədən o biri yarımkürəyə köçürülmə olsun. Ona görə də bütün sivil millətlər düşünürlər ki, ilkin təhsili ana dilində almalıdırlar.

Dil dövlətçilik baxımından müqayisəyəgəlməz bir məsələdir. Mən rus dilinin öyrənilməsinə qarşı deyiləm. Nə qədər çox dil bilsək, o qədər yaxşıdır. Amma bir azyaşlı və ya məktəbli azərbaycanlının öz dilini bilməyib rus dilində danışdığını görəndə mənə ağır təsir edir. O valideyndən soruşmaq istərdim: sən nə haqla övladını ana dilindən məhrum edirsən?

 

 

– Sosial şəbəkələrdə kortəbii yazışma, ədəbi dilin normalarına riayət etməyən media orqanlarının fəaliyyəti də dilimizin korlanmasına səbəb olan amillərdəndir. Bu mənada senzura olmalıdırmı?

– Bir sıra ölkələrdə dil polisi, Almaniyada dil gömrüyü var. Onlar alınma sözlərə nəzərət edirlər. Buna görə biz də bir təşkilat yaratmışıq – Dil Qurumu. Amma bu təşkilatın təsir gücü azdır. Sadəcə sözümüzü deyə bilirik, nəyisə dəyişə bilmirik.

 

 

– Sabir müəllim, bir yazar kimi, yəqin ki, Azərbaycanın müasir ədəbiyyatını da mütəmadi izləyirsiniz. Ədəbiyyatımız dilimizin inkişafına necə xidmət edir?

– Azərbaycan ədəbi dili çox mürəkkəb bir yol keçib. İslamdan sonra ərəb və fars dillərinin də buna təsiri olub. Bir müddət bütün İslam aləmi başa düşsün deyə ərəb və fars dilləri də daxil olmaqla ortaq yeni bir dil düşünüblər. Amma o dil maraqlı dil deyil. XX əsrin əvvəllərinə qədər ərəb və fars  sözləri dilimizi işğal etmişdi. Amma Nəsimi, Füzuli, Xətai dövrünün dili sehrli dildir. Sovet dönəmində dilimizin bədiilik qanadları qırıldı. Keçən əsrin 60-70, 80-ci illərindən bu yana yenidən bədiilik çalarları artmaqdadır. Bu, poeziyamızda daha çox hiss olunur. Ortaq türk dilləri, klassik ədəbiyyatımızla folklordan gəlmə sözlərin hesabına dilimizdə zənginləşmə var.

 

 

– Siz özünüz də bədii tərcümə ilə məşğul olmusunuz. Bu sahədəki vəziyyəti necə dəyərləndirirsiniz?

– Tərcümə əsərlərinin sayı artıb. Tərcümə ədəbiyyatı da dili zənginləşdirir. Sözlərin dilimizdə qarşılığını axtarırsan, tapırsan. Gənclərin tərcümə işinə cəlb olunması da təqdirəlayiqdir.

Klassik əsərlərin seçimini, eyni zamanda Azərbaycan oxucusunun tanımadığı müəlliflərin əsərlərinin dilimizə çevrilməsini yüksək qiymətləndirirəm.



Sevinc Fədai


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Rusiyada təyyarə sərt eniş etdi - ölən var
21.05.2018, 00:45

Rusiyada təyyarə sərt eniş etdi - ölən var

"Liverpulu"u  türkiyəli məşqçi "çalışdıracaq"
21.05.2018, 00:34

"Liverpulu"u  türkiyəli məşqçi "çalışdıracaq"

Simeone: “Qarabağ”la oyunlardan sonra...”
21.05.2018, 00:23

Simeone: “Qarabağ”la oyunlardan sonra...”

Premyer Liqada məşqçi istefası - O da getdi
21.05.2018, 00:11

Premyer Liqada məşqçi istefası - O da getdi

Çin və ABŞ razılaşdı - “Müharibə” başa çatdı
21.05.2018, 00:00

Çin və ABŞ razılaşdı - “Müharibə” başa çatdı

Onun əşyalarına toxunanlar ölür - Məşhur alimin dəfnində ortaya çıxan DƏHŞƏT
20.05.2018, 23:48

Onun əşyalarına toxunanlar ölür - Məşhur alimin dəfnində ortaya çıxan DƏHŞƏT

Xəzər Dənizində zəlzələ olub
20.05.2018, 23:15

Xəzər Dənizində zəlzələ olub

Qarabağda erməni əsgər öldürülüb
20.05.2018, 23:05

Qarabağda erməni əsgər öldürülüb

İki kanadalı milli lotereyada 4 milyona yaxın dollar udub
20.05.2018, 22:52

İki kanadalı milli lotereyada 4 milyona yaxın dollar udub

Xırdalanda yaşayış binasında yanğın - 20 nəfər təxliyə edilib
20.05.2018, 22:40

Xırdalanda yaşayış binasında yanğın - 20 nəfər təxliyə edilib

Ağ Ev: Trampla Kim Çen Inın görüşü ləğv edilməyib
20.05.2018, 22:21

Ağ Ev: Trampla Kim Çen Inın görüşü ləğv edilməyib

Ötən il axtarışda olan 55 insan alverçisinin 32-si tutulub
20.05.2018, 21:40

Ötən il axtarışda olan 55 insan alverçisinin 32-si tutulub

Mahmud Abbas xəstəxanaya yerləşdirilib
20.05.2018, 21:35

Mahmud Abbas xəstəxanaya yerləşdirilib

Ramazanın 5-ci gününün duası, imsak və iftar vaxtı
20.05.2018, 21:30

Ramazanın 5-ci gününün duası, imsak və iftar vaxtı

İŞİD Qroznıda kilsəyə hücuma görə məsuliyyəti üzərinə götürüb
20.05.2018, 21:02

İŞİD Qroznıda kilsəyə hücuma görə məsuliyyəti üzərinə götürüb

Abramoviç İngiltərədən çıxarılacaq
20.05.2018, 20:17

Abramoviç İngiltərədən çıxarılacaq

“Neftçi” Avroliqada
20.05.2018, 20:10

“Neftçi” Avroliqada

Qazaxıstanda neft yatağında yanğın: 1 ölü, 3 yaralı
20.05.2018, 18:07

Qazaxıstanda neft yatağında yanğın: 1 ölü, 3 yaralı

XİN: Yaranmış vəziyyətə görə məsuliyyət Ermənistanın üzərinə düşür
20.05.2018, 17:36

XİN: Yaranmış vəziyyətə görə məsuliyyət Ermənistanın üzərinə düşür

Gəncədə əmi qardaşı qızının evindən oğurluq etdi
20.05.2018, 17:29

Gəncədə əmi qardaşı qızının evindən oğurluq etdi

Belqrad Universitetində AXC-nin 100 illiyi bağlı TƏDBİR
20.05.2018, 16:52

Belqrad Universitetində AXC-nin 100 illiyi bağlı TƏDBİR

İcra Hakimiyyətlərinin torpaq, mənzil alveri - PROBLEM
20.05.2018, 16:45

İcra Hakimiyyətlərinin torpaq, mənzil alveri - PROBLEM

Türkiyədə partiya və itifaqlar seçki bülletenində belə QƏRARLAŞACAQ   
20.05.2018, 16:34

Türkiyədə partiya və itifaqlar seçki bülletenində belə QƏRARLAŞACAQ  

Ordumuzun əsgəri ŞƏHİD OLUB
20.05.2018, 16:02

Ordumuzun əsgəri ŞƏHİD OLUB

Sel Əfqanıstanda 9 nəfərin canını ALDI
20.05.2018, 15:46

Sel Əfqanıstanda 9 nəfərin canını ALDI

Bərdədə 20 iribuynuzlu heyvan tələf olub
20.05.2018, 15:40

Bərdədə 20 iribuynuzlu heyvan tələf olub

Avropa ölkələri İranla yeni müqavilə imzalamaq istəyir
20.05.2018, 15:14

Avropa ölkələri İranla yeni müqavilə imzalamaq istəyir

Sabahın HAVASI küləkli və yağışlı olacaq
20.05.2018, 14:34

Sabahın HAVASI küləkli və yağışlı olacaq

I və IV ixtisas qrupları üzrə qəbul imtahanı BİTDİ
20.05.2018, 14:00

I və IV ixtisas qrupları üzrə qəbul imtahanı BİTDİ

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi MONTENEQRODA
20.05.2018, 13:33

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi MONTENEQRODA

Türkiyə Silahlı Qüvvələri 3 PKK-lını zərərsizləşdirib
20.05.2018, 13:27

Türkiyə Silahlı Qüvvələri 3 PKK-lını zərərsizləşdirib

Ağdaşda yaşayış evi əşyaları ilə birgə yanaraq kül olub
20.05.2018, 13:22

Ağdaşda yaşayış evi əşyaları ilə birgə yanaraq kül olub

“Sahil” stansiyası vaxtından tez açılacaq - RƏSMİ
20.05.2018, 13:13

“Sahil” stansiyası vaxtından tez açılacaq - RƏSMİ

Misirlə Sudanın münasibətləri seriala görə POZULDU
20.05.2018, 13:09

Misirlə Sudanın münasibətləri seriala görə POZULDU

Hərbi hissədə Cümhuriyyətin 100 illiyi qeyd olunub
20.05.2018, 12:48

Hərbi hissədə Cümhuriyyətin 100 illiyi qeyd olunub

ARXİV
SORĞU
Türkiyədə səsvermə hüqüqunuz olsaydı, hansı namizədə səs verərdiniz?
Muharrem İnce (31.8%)
Meral Akşener (22.7%)
Rəcəb Tayyip Ərdoğan (45.4%)
Selahattin Demirtaş (0%)
Temel Karamollaoğlu (0%)
Doğu Perinçek (0%)