Modern.az

Ərdoğan və baş qərargah rəisi NATO-nu “topa tutdu”

Ərdoğan və baş qərargah rəisi NATO-nu “topa tutdu”

16 Yanvar 2018, 16:03

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP)qrup toplantısında NATO-nu tənqid.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan iclas zamanı NATO-ya sər txəbərdarlıq edib:

 

“Xüsusilə bu iclasda mənim NATO-ya bir iradım var. Sizə üzv olan ölkələrin hər hansı birinin sərhədlərinə hücum ediləndə buna reaksiya verməyə cavabdehsiniz. Bu ana qədər hər cür reaksiya göstərmisiniz. Bunu özlərinə çatdırdıq. Baş qərargah rəisimiz onlarla bu mövzuda müzakirələr aparır”.

 

Bu arada Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi, Hulusi Akar Belçikanın paytaxtı Brüsseldəki Baş qərargah rəislərinin konfransında  çıxış edib. O bildirib ki, NATO, terrorizmlə mübarizə mövzusunda terror təşkilatlar arasında ayrı seçkilik etməməidir.

 

“İŞİD ilə mübarizə bu qədər önəmlidirsə, PKK, FETÖ ilə də mübarizə o qədər önəmlidir. PKK-nın bir davamı olduğu açıq dəlillərlə sübut olunmuş olan terror təşkilatı YPG-nin “əməliyyat ortağı” adı altında dəstəklənməsinə və silahlanmasına icazə verməyəcəyik. Bu səhvin qısa müddətdə düzəldiləcəyini umuruq”.

 

Xatırladaq ki, Türkiyə ordusunun Suriyanın Afrin bölgəsi ilə həmsərhəd ərazilərə ordu topladığı bir anda məlum olub ki, ABŞ kürdlərə yeni ordu qurur. Vaşinqton bəyan edib ki, İŞİD-ə qarşı beynəlxalq koalisiya Suriyadakı müttəfiqləri ilə birlikdə 30 min nəfərlik sərhəd mühafizə ordusu qurulacaq. Vaşinqtonun Suriya müttəfiqi “Suriya Demokratrik Qüvvələri”, yəni əslində kürdlərdir. Yeni ordu da kürdlərlə Türkiyə arasında sərhədləri qoruyacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır