22 fevral 2018, Cümə axşamı
Ana Səhifə - MƏDƏNİYYƏT - Burun əməliyyatına gedənlərə XƏBƏRDARLIQ
Burun əməliyyatına gedənlərə XƏBƏRDARLIQ
16.01.2018, 21:11

Burun estetikası ölkəmizdə və qardaş ölkə Türkiyədə illərdir ən çox müraciət edilən əməliyyatlar siyahısında birinci gəlir. Bəzən nəfəs problemindən, bəzən isə yalnız estetik görüntü səbəbi ilə keçirilən bu əməliyyatlar barədə internetdə bir çox məlumatlar paylaşılır. Təəssüflər olsun ki, bu məlumatların əksəriyyəti, adətən, yalan olur və bu xəbərlər oxucularda, təbii olaraq, yanlış məlumatlar formalaşdırılır. Türkiyənin tanınmış qulaq-burun-boğaz xəstəlikləri üzrə mütəxəssisi Dos. Dr. Dənizxan Dizdar, burnunu estetik əməliyyat etdirmək istəyən, lakin hələ də suallarına cavab tapa bilməyənlərə öz təcrübəsindən nümunələr paylaşır..

 

Əməliyyatdan əvvəl diqqət edilməsi lazım olanlar…

 

Bu əməliyyata girməyə qərar verdikdən sonra həkiminiz sizin üçün əməliyyat öncəsi bəzi məsləhətlər verməlidir. Bu mərhələdə diqqət yetirilməsi lazım olan bir neçə nüans vardır. Məsələn, ən əhəmiyyətlilərindən biri, xəstə, aspirin  kimi qan duruldan dərmanları əməliyyatdan ən az bir ya da iki həftə əvvəl buraxmalı və istifadə etməməlidir. Əgər əməliyyat olunacaq şəxs bu dərmanların istifadəsinə davam etsə, xəstənin əməliyyatı böyük risk daşıyar və mənfi nəticələnər. Bu da həm xəstəyə, həm də mütəxəssisə mənfi təsir edərək arzuolunan səmərənin alınması çətinləşdirər. Eyni zamanda qeyd etmək istərdim ki, xəstələrin siqaret və spirtli içkilərdən istifadəsi də yaraların sağalmasını olduqca gecikdirər. Bu səbəbdən xəstələr müalicə müddətindən əvvəl bu tip vərdişlərini buraxmalı, heç olmasa mümkün olduğunca ara verməlidirlər.

 

 

Qadın namizədlərin ən çox soruşduğu suallardan biri isə, onların adət dönəmində  burun estetik əməliyyatı etdirə bilib, bilməyəcəkləri ilə bağlıdır. Namizədlər bu mövzu ilə bağlı mütləq şəkildə seçdikləri həkimlə məsləhətləşməlidirlər. Ancaq bu bioloji baxımdan hər hansısa bir maneə daşımır. Yəni namizədlər bu dönəmlərdə də burun əməliyyatı keçirə bilərlər.

 

Əhəmiyyətli olan nəticənin müsbət olmasıdır…

 

Burnun ucundakı problemlərin tipindən asılı olaraq müxtəlif qığırdaq əlavələri (greftler) və ya tikişlərlə burun quruluşu daha yaxşı hala gətirilə bilir. Günümüzdə burnunun ucunu yenidən formalaşdırmaq üçün toxumalar əvvəlkinə nisbətən daha çox mühafizə edilir. Bu bölgə açıq texniki və ya burun içindən (qapalı texniki) kəsik ilə əməliyyat edilir. Həmçinin, bu əməliyyat lokal, ya da ümumi anesteziya ilə həyata keçirilə bilər. Hər 2 texnikanın müsbət və mənfi tərəfləri vardır və əməliyyatın üsulu xəstənin ehtiyacına görə şeçilər. Hər iki üsuldan hazırda geniş şəkildə istifadə edilir. Əhəmiyyətli olan hansı texniki üsul istifadə edilirsə edilsin, nəticənin müsbət olmasıdır.

Rinoplastika əməliyyatında da hər əməliyyatda olduğu kimi bir neçə gün ağrı hiss edilər. Lakin bu, standart ağrıkəsici dərmanlarla müalicə edilə biləcək vəziyyətdir.

 

Əməliyyat sonrası burunda şişlər və göyərmələr…

 

Rinoplastika əməliyyatı burun sümüyünə istiqamətli bir əməliyyat olduğundan bir çox faktora bağlı olaraq burunda şiş meydana gələ biləcəyini təbii hesab edən Dr. Dizdar, bunun səbəblərini belə açıqlayır:

 

"Burada birinci faktor xəstənin dəri quruluşudur. İncə dərili xəstələrdə şişlərə və müəyyən göyərmələrə daha çox rast gəlinir. Əməliyyat sonrası iki gün ard-arda olmaqla, buzdan istifadə edərək şişkinlik və göyərmələri minimuma endirmək mümkündür. İkinci faktor isə mümkün olduğunca az zədə yarada biləcək cərrahi texniki üsulun istifadə edilməsidir. İndiki vaxtda burun cərrahiyyəsi çox inkişaf etmiş vəziyyətdədir və yeni yaranan tibbi texniki alətlərlə istənilən dəyişikliklər edilə bilər. Əməliyyatda yaranan bütün bu göyərmə və şişliklər isə, adətən, 10 gün müddətində tamamilə keçib gedir.

 

Əməliyyatdan sonra xəstə klinikada cəmi bir gecə saxlanılır. Əməliyyat sonrası ikinci gün burunun içinə yerləşdirilən silikonlar çıxardılır. Əməliyyatın yeddinci günündə isə burnun gipsi və burun ucunda tikişlər varsa, onlar açılır. Bundan sonra mütəmadi olaraq,  birinci ay, üçüncü ay və il sonunda müayinələr aparılmalıdır”.

 

 

Dr. Dizdar, əməliyyatın pik nöqtələrini qeyd edib:

- Əməliyyat əvvəlində anesteziya ilə əlaqəli müxtəlif təhlil və tədqiqatlar aparılmalıdır;

 

- Əməliyyatdan əvvəl qrip, soyuqdəymə və bu kimi halların qarşısı alınmalıdır, (Ümumiyyətlə, qrip olan şəxslərdə əməliyyat, adətən, təxirə salınır.);

 

- Əməliyyat öncəsi etdirdiyiniz müalicələrdə istifadə etdiyiniz dərmanları həkiminizə mütləq bildirməlisiniz;

 

- Qan durulaşdıran qidalardan istifadə etməməlisiniz;

 

- Bitki tərkibli dərmanları və ya çaylarını da əməliyyatdan 10 gün əvvəl buraxmalısınız;

 

- Siqaret yaxşılaşma müddətini azaltdığı üçün əməliyyata qərar verdiyiniz andan  siqareti də mütləq tərgitməlisiniz;

 

- Əməliyyata gedərkən lak, jele, makiyaj, saç spreyi kimi kosmetika məhsullarından uzaq durmalısınız;

 

- Əvvəl keçirdiyiniz əməliyyatlar varsa, bunun haqqında həkiminizi məlumatlandırmalısınız.


Nəzrin CAVİD
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Bakuxeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Deputat xocalılarla görüşdü
22.02.2018, 15:00

Deputat xocalılarla görüşdü

Rusiya Amerika üçün başqa seçim qoymayıb – bəs axırı necə olacaq?
22.02.2018, 14:58

Rusiya Amerika üçün başqa seçim qoymayıb – bəs axırı necə olacaq?

İmişlidə yulğun kollarının kəsilməsinə görə 4 min manat CƏRİMƏ
22.02.2018, 14:53

İmişlidə yulğun kollarının kəsilməsinə görə 4 min manat CƏRİMƏ

İslam Əməkdaşlıq Təşkilatı Xocalı qırğınını yad edir
22.02.2018, 14:49

İslam Əməkdaşlıq Təşkilatı Xocalı qırğınını yad edir

Azərbaycanda QHT sədri Avropa Parlamentinə müraciət etdi   
22.02.2018, 14:37

Azərbaycanda QHT sədri Avropa Parlamentinə müraciət etdi  

Rəsmi Bakı Nalbandyanı ifşa etdi
22.02.2018, 14:34

Rəsmi Bakı Nalbandyanı ifşa etdi

“Mehriban Əliyeva Azərbaycan siyasi elitasının aparıcı simalarından birinə çevrilib” - Birinci vitse-prezidentliyin 1 İLİ - Deputatlar DANIŞDILAR
22.02.2018, 14:29

“Mehriban Əliyeva Azərbaycan siyasi elitasının aparıcı simalarından birinə çevrilib” - Birinci vitse-prezidentliyin 1 İLİ - Deputatlar DANIŞDILAR

Moody's-dən manatın məzənnəsi və inflyasiya ilə bağlı PROQNOZ
22.02.2018, 14:11

Moody's-dən manatın məzənnəsi və inflyasiya ilə bağlı PROQNOZ

Hər gün milyonlarla mahnılar smartfonunuzda
22.02.2018, 14:07

Hər gün milyonlarla mahnılar smartfonunuzda

Umud Mirzəyevdən Avropa Parlamentinin sədrinə MÜRACİƏT   
22.02.2018, 14:02

Umud Mirzəyevdən Avropa Parlamentinin sədrinə MÜRACİƏT  

Gəncədə şəhər fəallarının yığıncağı keçirilib  
22.02.2018, 13:58

Gəncədə şəhər fəallarının yığıncağı keçirilib  

“Keçmişdən bu günə - Gəncə”
22.02.2018, 13:46

“Keçmişdən bu günə - Gəncə”

Nemtsovun qatilinin cəzası ağırlaşdırıldı
22.02.2018, 13:36

Nemtsovun qatilinin cəzası ağırlaşdırıldı

Xocalı soyqırımı bu ölkələrdə anılacaq – SİYAHI
22.02.2018, 13:27

Xocalı soyqırımı bu ölkələrdə anılacaq – SİYAHI

Azərbaycanın müdafiə naziri Belarusa gedib
22.02.2018, 13:22

Azərbaycanın müdafiə naziri Belarusa gedib

Əli Nağıyev: “Heç kim İlham Əliyevdən artıq iş görməyəcək”
22.02.2018, 13:19

Əli Nağıyev: “Heç kim İlham Əliyevdən artıq iş görməyəcək”

Azərbaycan niyə özünün ayaqqabı brendini yarada bilmir...   
22.02.2018, 13:09

Azərbaycan niyə özünün ayaqqabı brendini yarada bilmir...  

Sabahın hava PROQNOZU - Duman, çiskin   
22.02.2018, 13:07

Sabahın hava PROQNOZU - Duman, çiskin  

Qərbi Kaspi Universitetində açıq mühazirələr başlayır
22.02.2018, 13:07

Qərbi Kaspi Universitetində açıq mühazirələr başlayır

Rusiyalı cütlük Olimpiya medalından məhrum olundu
22.02.2018, 12:52

Rusiyalı cütlük Olimpiya medalından məhrum olundu

Gəncə yol polisinin rəisi işdən çıxarıldı
22.02.2018, 12:51

Gəncə yol polisinin rəisi işdən çıxarıldı

“Zeytun budağı”nda 1829-cu terrorçu zərərsizləşdirildi
22.02.2018, 12:36

“Zeytun budağı”nda 1829-cu terrorçu zərərsizləşdirildi

Kapital Bank yeni Gəncə Kart Mərkəzi filialını istifadəyə verdi
22.02.2018, 12:27

Kapital Bank yeni Gəncə Kart Mərkəzi filialını istifadəyə verdi

Avropa Birliyi Ermənistana 160 milyon avro ayıracaq
22.02.2018, 12:26

Avropa Birliyi Ermənistana 160 milyon avro ayıracaq

Heydər Əliyevin 95 illiyinə həsr olunmuş I Beynəlxalq elmi konfrans keçiriləcək
22.02.2018, 12:24

Heydər Əliyevin 95 illiyinə həsr olunmuş I Beynəlxalq elmi konfrans keçiriləcək

Bakı şəhərində I sinfə şagird qəbuluna start verilib
22.02.2018, 12:20

Bakı şəhərində I sinfə şagird qəbuluna start verilib

Televizor oğruları saxlanıldı
22.02.2018, 12:19

Televizor oğruları saxlanıldı

Hansı supermarketdən alver edirsiniz... - SORĞU  
22.02.2018, 12:15

Hansı supermarketdən alver edirsiniz... - SORĞU  

Bahar Muradova: “Xocalı soyqırımını törədənlər məhkum kimi cavab verəcəklər”
22.02.2018, 12:11

Bahar Muradova: “Xocalı soyqırımını törədənlər məhkum kimi cavab verəcəklər”

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə kim rəhbərlik edir? - AÇIQLAMA
22.02.2018, 12:01

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə kim rəhbərlik edir? - AÇIQLAMA

Pxençxan Olimpiadasının 13-cü günü – Medal SIRALAMASI
22.02.2018, 12:00

Pxençxan Olimpiadasının 13-cü günü – Medal SIRALAMASI

I sinfə qəbulla bağlı valideynlərə MÜRACİƏT: Sistemdə ləngimələr ola bilər
22.02.2018, 11:57

I sinfə qəbulla bağlı valideynlərə MÜRACİƏT: Sistemdə ləngimələr ola bilər

“Qəşəm Nəcəfzadənin məqsədi füzulililəri təhqir etmək olub” - Yazarlar arasında QALMAQAL
22.02.2018, 11:37

“Qəşəm Nəcəfzadənin məqsədi füzulililəri təhqir etmək olub” - Yazarlar arasında QALMAQAL

Prezident seçkilərini izləmək üçün beynəlxalq təşkilatlara müraciətlər göndərilir
22.02.2018, 11:29

Prezident seçkilərini izləmək üçün beynəlxalq təşkilatlara müraciətlər göndərilir

Sərdar Cəlaloğlu: “Müxalifətin bizi qınamağa haqqı yoxdur” - ADP MSK-ya müraciət etdi
22.02.2018, 11:27

Sərdar Cəlaloğlu: “Müxalifətin bizi qınamağa haqqı yoxdur” - ADP MSK-ya müraciət etdi

ARXİV
SORĞU
Hansı supermarketdən alver edirsiniz?
“ARAZ” marketləri(9.09%)
“Bazarstore”(4.54%)
“Neptun” marketləri(0%)
“Favorit” marketi(13.6%)
“Makromarket”(0%)
“Bizim market”(0%)
“Rahat market”(4.54%)
“Bravo” marketləri(13.6%)
“Oba market”(18.1%)
Heç biri - digər mağazalar(36.3%)