Modern.az

Havanın temperaturu aşağı düşdükdə bunlara mütləq ƏMƏL EDİN

Havanın temperaturu aşağı düşdükdə bunlara mütləq ƏMƏL EDİN

Mədəni̇yyət

16 Yanvar 2018, 22:09

Temperaturun kəskin aşağı düşməsi ilə orqanizmdə müəyyən problemlərin yaranması ehtimalı artır. Xüsusilə, şaxtalı havalarda soyuqdəymə halları, qrip, nəfəs yollarının iltihabı insanlarda kütləvi şəkil alır. Bütün bu xəstəliklərdən yan keçmək sizin öz əlinizdədir. Sadəcə qida rasionunuzda kiçik bir dəyişiklik etsəniz bu qarlı-şaxtalı günlərdə özünüzü sağlam və gümrah hiss edəcəksiniz.

Modern.az saytı sağlamlıq mövzusunda növbəti yazını təqdim edir.

 

1. Daha çox vitaminlə zəngin olan qidalara üstünlük verin. Süfrənizdə meyvə və tərəvəzi bol edin.

 

2. Viruslara qarşı mübarizədə soğan və sarımsaq ən yaxşı vasitədir. Əgər soyuqdəymə sizi artıq yaxalayıbsa, pambığı sarımsağın şirəsinə batırıb burnunuzun içərisinə sürtün. Əgər qripə yoluxmağınızı hiss edirsinizsə, soğanın suyunu tənzifdən keçirib bir damcı burnunuza damızdırın.

 

3. Gün ərzində çoxlu maye qəbul edin. Moruq və zoğal mürəbbəsi ilə çay içmək daha faydalıdır.

 

4. 100 qram çuğundur şirəsinə 20 qram bal qatıb qarışdırın. Səhər və axşam yeməkdən yarım saat əvvəl qəbul edin və qripə qarşı faydasını görün.

 

5. Qara turpu xırda-xırda doğrayın və üzərinə şəkər tozu səpin. Bir neçə saatdan sonra turp öz şirəsini buraxacaq. Hər saatdan bir həmin şirədən bir xörək qaşığı qəbul edin və qripdən xilas olun.

 

6. Qarlı-şaxtalı havalarda limondan daha çox istifadə etməklə bədəninizin xəstəliklərə qarşı müqavimətini artırmış olarsınız.

 

7. Soyuq havaya qarşı mübarizədə spirtli içkilərin qəbulunu məqsədəuyğun sayırsınızsa yanılırsınız. Unutmayın ki, spirtli içkilər və siqaret orqanizmin immun sistemini zəiflədir.

 

8. Nəfəs yollarınızı iltihabdan qorumaq üçün süd için. Bir stəkan südə bir qaşıq bal qatsanız bu daha xeyirli olacaq.

 

9. Evdə olarkən isti olmaq üçün özünüzü paltarlarla yükləməyin və otağın temperaturunu da çox isti etməyin. Çünki çölə çıxdığınız zaman kəskin temperatur dəyişikliyi sağlamlığınıza mənfi təsir göstərə bilər.

 

10. Yağlı və qızardılmış ət məhsullarından imtina edin. Tərəvəzlə hazırlanmış şorbalar daha xeyirlidir.

 

11. Əgər öskürək sizi narahat edirsə, 2 ədəd yumurta sarısına 3 çay qaşığı şəkər tozu qatıb ağ rəng alana qədər qarışdırın və yatmazdan əvvəl qəbul edin.

 

Bu sadə üsullardan istifadə etməklə özününzü mövsümi xəstəliklərdən qoruyun ki, sağlamlığınız və gümrahlığınız yerində olsun.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir