Modern.az

Şəhidlər xiyabanında hazırlıq – Video

Şəhidlər xiyabanında hazırlıq – Video

16 Yanvar 2018, 23:26

20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar şəhidlər xiyabanında ciddi hazırlıq işlərinə start verilib. Hazırlıq işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılır.

Modern.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, 4 gündən sonra 20 Yanvar faciəsinin 28-ci ildönümünü qeyd edəcəyik. Azərbaycan ümummilli hüzn gününə hazırlaşır. 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədər Şəhidlər xiyabanında ciddi hazırlıq işlərinə başlanılıb.

 

Şəhidlər Xiyabanının girişində güllər vasitəsi ilə böyük həcimli 20 və qərənfil kompazisiyası əks olunacaq. Tünd qırmızı qərənfillər yazının aydın oxunması üçün istifadə olunur. Şəhidlər xiyabanının bəzənməsində istifadə olunan gül-çiçək Azərbaycanın bütün rayonlarından gətirilib.

 

Hazırlıq işləri çərçivəsində işıq dirəklərinin kənarları və səkilər qərənfillə bəzədilib. Faciə gününə bir neçə gün qalsa da indidən ziyarətə gələnlər var.

 

Qeyd edək ki, işlərin yanavr ayının 19-a qədər yekunlaşdırılması planlaşdırılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!