Modern.az

Şəmkirdə 20 yaşlı oğlan özünü öldürdü

Şəmkirdə 20 yaşlı oğlan özünü öldürdü

Aktual

17 Yanvar 2018, 00:24

Şəmkirdə gənc oğlan özünü bıçaqlayaraq intihar edib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Zəyəm Cırdaxan kəndində qeydə alınıb. Kənd sakini, 1998-ci il təvəllüdlü Hüseynov Tural Sakit oğlu yaşadığı evdə bıçaqla ürək nahiyəsinə bir zərbə vurub. Qan itirən gənc dərhal Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Amma ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır