Modern.az

“Yaşlı peşəkarları işdən çıxarmaq cəmiyyətə zərbə vurur”- Sosioloq və psixoloq ŞƏRHİ

“Yaşlı peşəkarları işdən çıxarmaq cəmiyyətə zərbə vurur”- Sosioloq və psixoloq ŞƏRHİ

17 Yanvar 2018, 09:23

Cəmiyyətimizdə belə bir yanaşma mövcuddur ki, yaşlı insanlar pensiya yaşına çatdıqdan sonra yerini cavan kadrlara verməlidir. Elə cavan kadrlara rast gəlmək olur ki, yaşlı nəslin müasir tələblərə uyğun gəlmədiyini düşünür və onların işləməsini mənasız sayır. Təbii ki, bu, yaşlı insanlara mənəvi cəhətdən təsirsiz ötüşməyə bilməz.


Bəzən yaşlı insanlar belə yanaşman ıgörüb mənəvi cəhətdən o dərəcədə sarsılırlar ki, cəmiyyət üçün yararsız olduqlarını düşünməyə başlayırlar. Nəzərə alsaq ki, ölkəmizdə bəzi sahələrdə vəziyyət elə də ürəkaçan deyil, bir də təcrübəli insanların işdən çıxarılması durumu daha da pisləşdirmi? Yaşlı insanlara qarşı olan bu yanaşma nə dərəcə də doğrudur?

Sosioloq Əhməd Qəşəmoğlu Modern.az-a bildirib ki, yaşlı insanların müəyyən hissəsi yaşları keçməsinə baxmayaraq, hələ də cəmiyyətimiz üçün xeyirli işlər görə bilərlər:


“Ölkəmizdə təqaüd yaşına çatmış insanlarla işin necə qurulması sahəsində ciddi müzakirələr aparılmalıdır. İndiki vəziyyət o qədər də ürəkaçan deyil. Halbuki, Skandinaviya ölkələrində, Amerikada, ümumiyyətlə, ölkələrin bir çoxunda bu sahədə çox maraqlı mexanizmlər yaradılıb. Hər şeydən qabaq onu qeyd edim ki, bizim ölkədə pensiya yaşına çatmış insanların bir çoxu əslində sağlam və yüksək iş qabiliyyətinə malik olur. Onların əmək fəaliyyətindən uzaqlaşdırılması böyük səhlənkarlıqdır”.

Əhməd Qəşəmoğlunun sözlərinə görə, yaşlı insanların bir çoxu ölkə üçün çox əhəmiyyətli işlər görə bilərlər. Yaşını əsas tutub onları işdən çıxarmaq ölkə iqtisadiyyatına da, sosial sahəyə də ciddi ziyan verməklə yanaşı, həmin adamları mənəvi olaraq da arzu olunmayan hala salır:

“Misal üçün, hansısa səriştəli yaşlı müəllimi işdən azad edib, onun yerinə səriştəsiz, pedoqoji qabiliyyəti aşağı olan başqasını təyin etmək çox yanlış, ölkəmiz, dövlətçiliyimiz üçün çox ziyanlıdır. Eyni zamanda, həmin müəllimi mənəvi olaraq arzu olunmaz bir hala salmaqdır. Elə həkimlər də onun kimi. Dəfələrlə olub, eşitmişəm müəyyən xəstəliyin müalicəsi üzrə çox yaxşı bir həkimi axtaranda deyiblər ki, bəs, onu təqaüdə göndəriblər. Başqa sahələrlə bağlı da bunu deyə bilərəm. Bu çox yolverilməz bir hadisədir”.


Əhməd Qəşəmoğlu deyib ki, Azərbaycanın keyfiyyətli kadr potensialı o qədər də yüksək deyil ki, peşəkarları belə absurd qanunlar ucbatından itirək:

“Digər tərəfdən, lap elə deyək ki, insan elə də sağlam deyil, yaxud orta, aşağı səviyyəli bir mütəxəssisdir. Onu təqaüdə göndərmək də məqsədəuyğundur. Amma bu o demək deyil ki, o,bu cəmiyyətdə artıq adamdır. Beləinsanların da özpotensialı var. Bu potensial da bizimölkəninresursudur. Ondan da hökmənfaydalanmamexanizmiolmalıdır. Həttaonlarayenipeşəöyrətmək, nəvələrinihəyatahazırlamaqvəbaşqa sahələrdəbiliklərverməkçoxyaxşıolardı. Ənpishalda, pensiyayaşındakıadamqabiliyyətsiz, eləbirpotensialıolmayanadam da olabilər. Amaaxıonlar da insandır, buölkəninvətəndaşıdır. Onların da qayğısınaqalmaqvacibdir. Bu sahədədəlazımimexanizmimizyoxdur”.

Sosioloq təəssüflə qeyd edib ki, bütün bunların nəticəsində indi həm pensiyaya göndərilən insanlar itirir, həm də ölkəmiz, xalqımız:

“Başqa ölkələrin təcrübəsindən bəhrələnməyə, hətta özümüzün bu sahədə nümunəvi işlər görməyimizə böyük ehtiyac var. Günü-gündən bu məsələ ilə bağlı ciddi fəaliyyətə ehtiyac artır. Düşünürəm ki, az bir zamanda bu sahədə ciddi mütəxəssislərin ciddi fəaliyyəti ilə, müasir tələblərə cavab verən mühüm bir fəaliyyət proqramları hazırlanmalı və həyata keçirilməlidir. İlk növbədə, yüksək səviyyəli pensionerlərin potensialından daha səmərəli istifadə etmək barədə düşünmək, lazımi mexanizmlər qurmaq lazımdır. Digər tərəfdən, Amerikada, digər ölkələrdə olduğu kimi, elə bir mühit yaratmaq lazımdır ki, pensiyaçılar gedib orada öz potensiallarına uyğun olaraq ölkəmiz üçün faydalı fəaliyyət göstərə bilsinlər”.

Psixoloq Gülər Məmmədova Modern.az-a bildirib ki, çox vaxt yaşlı insanlar pensiya yaşına çatarkən cəmiyyətin onlara qarşı bu cür yanaşmasına hazır olurlar:

“Artıq dəqiq olaraq onlara neçə yaşında bu işdən uzaqlaşdırılacağı ilə bağlı məlumat verilir. Əvvəldən özlərini bu vəziyyətə hazırlaşdırırlar. Onların işə yararlı olub-olmaması məsələnin digər tərəfidir”.

Gülər Məmmədova bildirib ki, yaşlı insanlar çox vaxt həm peşəkarlıq cəhətdən,həm də savad cəhətdən cavan kadrlardan özünü üstün sayır:


“Bu yaşlı nəslin xarakterik xüsusiyyətləridir. Amma o düşünməlidir ki, özü də bu peşəyə gələrkən cavan olub,səriştəsiz olub.Onların yerini cavan nəsil doldurursa,buna normal yanaşmalıdırlar. Əslində bu,fərdi xarakter daşıyır. Elə yaşlılar var ki,bu yanaşmanı normal qəbul edir,eləsi var ki,yox. Qəbul edənlər əvvəldən özləri,necə deyərlər, taleləri ilə barışır. Amma həssas,incik,səhhətlərində narahatlığı olan insanlarda psixoloji dayanıqlıq bir az pozulur. Artıq şikayətlər edir ki, mən işdən çıxsam cəmiyyətə heç bir xeyrim olmaz.Bu,fərdi xarakter daşıyan məsələdir”.

Gülər Məmmədovanın sözlərinə görə, yaşlı insanların bu psixologiyasını başa düşmək lazımdır.Çünki illərlə özünü əməyə sərf edən insan müəyyən yaşdan sonra evinə məhkum olunur,bu da ona müəyyən dərəcədə pis təsir edir,amma zamanla adaptasiya olur və mövcud vəziyyətlə barışır. 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir