26 may 2018, Şənbə
Ana Səhifə - GÜNDƏM - Qafqaz Müsəlmanları İdarəsi bəyanat verdi
Qafqaz Müsəlmanları İdarəsi bəyanat verdi
17.01.2018, 10:45

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 20 yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanat verib. Modern.az-ın məlumatına görə, bəyatanda deyilir:

“Bismillahir-Rəhmanir-Rəhim!

 Tarixi yaddaşımıza dərin hüzn, eyni zamanda, milli qürur və qəhrəmanlıq məktəbi kimi həkk olunmuş Qanlı yanvar faciəsinin 28-ci ildönümü ərəfəsindəyik. Azərbaycan dövlətçilyinin bərpası uğrunda qurban getmiş, Allah-təala nəzərində ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalmışlara ehtiramımız əbədidir.  

       20 Yanvar  bizi müstəqilliyə, milli və dini dəyərlərin bərpasına aparan yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi oldu. Təpədən dırnağadək silahlanmış ordunun cəza tədbirlərinə məruz qalan  xalqımız diz çökmədi, azadlıq əzmini itirmədi, əksinə, haqq səsini daha da yüksəkdən bəyan etdi. Azərbaycanın taleyi, hətta xəritədəki varlığı şübhə altında olduğu  bir vaxtda bu səsi ilk olaraq Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev ucaltdı, qanlı cinayətin təşkilatçılarını qəzəblə ittiham etdi, törədilmiş hadisəni hüquqa, demokratiyaya, humanizmə zidd təxribat kimi səciyyələndirdi.  Bakıda isə Şeyxülislam Allahşükür Paşazadə keçmiş SSRİ Prezidenti Mixail Qorbaçova göndərdiyi qəzəb dolu məktubunda hadisələrə sərt və prinsipial münasibətini bildirdi. Siyasi liderimizin və dini rəhbərimizin kəskin mövqeləri xalqı ruhlandırdı, səfərbər edərək birləşdirdi. Bir milyondan artıq insan təqiblərdən, hətta ölümdən belə qorxmayaraq şəhərin baş meydanına axışdı, azadlıq  ugrunda  qurban getmiş şəhidləri müqəddəs Vətən torpağına tapşırdı.

       Qafqaz Müsəlmanları İdarəsi qanlı hadisələrin ilk günündən var qüvvəsi ilə çalışdı ki, Qarabağ münaqişəsinin davamı olan 20 Yanvar faciəsini dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırsın, haqq işimizə dəstək qazansın, törədilən cinayət insaniyyətə qarşı yönəldilən amansız cinayət tədbiri kimi qiymətləndirilsin.  Dünya bilməlidir ki, XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında Azərbaycan xalqına qarşı kütləvi terror -  Qarabağ münaqişəsi, Xocalı soyqırımı, 20 Yanvar cinayəti də vardır. Təəssüflər olsun ki, dünyada problemlərə qərəzli, ikili standartlar çərçivəsində yanaşıldığından, bəzi ölkələr və beynəlxalq təşkilatlar susmağa üstünlük verməkdədirlər.

Bu gün hər bir azərbaycanlının boynunda şəhid haqqı vardır.  Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuşlar sırasında müxtəlif din və millətlərə mənsub vətəndaşlarımız da vardır. Biz şəhid ailələrini unutmuruq və heç zaman unutmayacağıq. Şəhidlərin ruhuna ən böyük töhfə müstəqilliyimizin davamlılığı, Qarabağ zəfəri, Vətənimizin qüdrəti və xalqımızın səadətidir. Biz inanırıq ki, Allahın köməyi və möhtərəm Prezidentimiz, Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə millətimiz öz ülvi arzularına yetişəcək, doğma torpaqlarımız işğaldan azad olunacaq,  Azərbaycanın hər yerində qələbə şəninə bayram namazları qılınacaqdır, inşallah.

        Qafqaz Müsəlmanları İdarəsi bütün Qafqaz müsəlmanlarının adından 20 Yanvar şəhidlərinin, eləcə də Vətənimizin bütövlüyü və milli müstəqilliyimiz ugrunda canlarını fəda etmiş bütün şəhid ailələrinə dərin hüznlə başsağlığı verir. Bu ümummilli hüzn, eyni zamanda, xalqımızın birlik və vəhdətini təcəssüm etdirən qürurlu tarixin ildönümü gününü yüksək səviyyədə qeyd etmək, şəhidlərimizin əziz ruhlarını anmaq bütün vətəndaşların, o cümlədən, dindarların Allah, Vətən qarşısında müqəddəs borcudur.  Qafqaz Müsəlmanları İdarəsi məscidlərdə 20 Yanvar günü bu bəyanatın mətninin oxunmasını, Qarabağ, 20 Yanvar həqiqətləri barədə moizələr edilməsini, əziz şəhidlərimizin xatirəsini dualarla yad etməyi vacib sayır.

Uca Allah 20 Yanvar şəhidlərinə rəhmət eləsin!”


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Türkiyə-Rusiya yaxınlaşması güclənəcək - SƏBƏB
26.05.2018, 12:08

Türkiyə-Rusiya yaxınlaşması güclənəcək - SƏBƏB

Astarada polisi silahla hədələyən şəxs tutuldu
26.05.2018, 11:59

Astarada polisi silahla hədələyən şəxs tutuldu

ABŞ Yaxın Şərqdə nüfuzunu itirir...
26.05.2018, 11:49

ABŞ Yaxın Şərqdə nüfuzunu itirir...

İlan sancmalarının STATİSTİKASI: 138 min ölü, 400 min əlil
26.05.2018, 11:40

İlan sancmalarının STATİSTİKASI: 138 min ölü, 400 min əlil

Neft ucuzlaşıb
26.05.2018, 11:28

Neft ucuzlaşıb

Dondurma alarkən bunlara mütləq DİQQƏT EDİN   
26.05.2018, 11:11

Dondurma alarkən bunlara mütləq DİQQƏT EDİN  

Aya insan göndərilir – 46 il sonra
26.05.2018, 11:04

Aya insan göndərilir – 46 il sonra

Bakıda 2 küçədə hərəkət məhdudlaşdırılır
26.05.2018, 11:00

Bakıda 2 küçədə hərəkət məhdudlaşdırılır

Şopinq Festivalı – ailəvi alış-verişin və əyləncənin ünvanı
26.05.2018, 10:47

Şopinq Festivalı – ailəvi alış-verişin və əyləncənin ünvanı

Gəncədə Xalq Cümhuriyyətinin 100 illiyi geniş qeyd olunur
26.05.2018, 10:41

Gəncədə Xalq Cümhuriyyətinin 100 illiyi geniş qeyd olunur

Gənclik calağı   
26.05.2018, 10:37

Gənclik calağı   

Bu şəhərdə 2 gündə 62 nəfər öldürülüb
26.05.2018, 10:29

Bu şəhərdə 2 gündə 62 nəfər öldürülüb

Baş Prokurorluq işə qəbulla bağlı müsabiqənin vaxtını açıqladı
26.05.2018, 10:23

Baş Prokurorluq işə qəbulla bağlı müsabiqənin vaxtını açıqladı

Azərbaycanın “İnterpol”a verdiyi Burak Bilgili İstanbulda şirkət açıb
26.05.2018, 10:09

Azərbaycanın “İnterpol”a verdiyi Burak Bilgili İstanbulda şirkət açıb

Putin söz verdi
26.05.2018, 09:53

Putin söz verdi

Cəbhədə atışma – Pulemyotlar işə düşdü
26.05.2018, 09:43

Cəbhədə atışma – Pulemyotlar işə düşdü

Qusarda kanalda batan şəxsin axtarışına başlanılıdı
26.05.2018, 09:25

Qusarda kanalda batan şəxsin axtarışına başlanılıdı

Trampdan Şimali Koreyaya müsbət SİQNAL: “Sammit keçiriləcək”
26.05.2018, 09:21

Trampdan Şimali Koreyaya müsbət SİQNAL: “Sammit keçiriləcək”

Gədəbəydə qətl törədən gənc saxlanılıb
26.05.2018, 09:14

Gədəbəydə qətl törədən gənc saxlanılıb

Göygöldə "KamAZ" aşıb, iki nəfər ölüb
26.05.2018, 09:10

Göygöldə "KamAZ" aşıb, iki nəfər ölüb

ABŞ Konqresi AXC-ın yaranmasının 100 illiyi ilə bağlı bəyanat verdi
26.05.2018, 09:03

ABŞ Konqresi AXC-ın yaranmasının 100 illiyi ilə bağlı bəyanat verdi

Siqareti tərgitməyin effektiv yolu
26.05.2018, 00:25

Siqareti tərgitməyin effektiv yolu

Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinə dair nadir kitablar nəşr olunub
26.05.2018, 00:14

Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinə dair nadir kitablar nəşr olunub

Heydər Əliyev Mərkəzində “Son iclas” bədii-sənədli filminin təqdimatı olub
26.05.2018, 00:06

Heydər Əliyev Mərkəzində “Son iclas” bədii-sənədli filminin təqdimatı olub

Klubu Arda Turanı ağır cəzalandırdı - 250 min avro 
25.05.2018, 23:57

Klubu Arda Turanı ağır cəzalandırdı - 250 min avro 

Qəzzada toqquşmalar: 109 yaralı
25.05.2018, 23:44

Qəzzada toqquşmalar: 109 yaralı

Putin növbəti dəfə prezident olmayacaq
25.05.2018, 23:33

Putin növbəti dəfə prezident olmayacaq

Şahmatçımız dünya çempionatının qalibi oldu - Video
25.05.2018, 23:22

Şahmatçımız dünya çempionatının qalibi oldu - Video

Naxçıvanda  xidmət rəisi vəzifəsindən azad edilib
25.05.2018, 23:07

Naxçıvanda  xidmət rəisi vəzifəsindən azad edilib

Türkiyə ordusu üç PKK başçısını məhv edib
25.05.2018, 22:56

Türkiyə ordusu üç PKK başçısını məhv edib

Azərbaycan neftinin SON QİYMƏTİ - 80 dolları ötüb
25.05.2018, 22:41

Azərbaycan neftinin SON QİYMƏTİ - 80 dolları ötüb

Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
25.05.2018, 22:28

Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı

25.05.2018, 22:20

"Real" "Liverpul"a qalib gəldi - VİDEO

25-ci
25.05.2018, 22:12

25-ci

Tramp Şimali Koreya ilə dialoqu bərpa edir
25.05.2018, 22:10

Tramp Şimali Koreya ilə dialoqu bərpa edir

ARXİV
SORĞU
Türkiyədə səsvermə hüqüqunuz olsaydı, hansı namizədə səs verərdiniz?
Muharrem İnce (22.1%)
Meral Akşener (12.5%)
Rəcəb Tayyip Ərdoğan (57.9%)
Selahattin Demirtaş (1.70%)
Temel Karamollaoğlu (0.56%)
Doğu Perinçek (5.11%)