Modern.az

Bir ildə “Korrupsiya İdarəsi”nə 7809 şikayət daxil olub

Bir ildə “Korrupsiya İdarəsi”nə 7809 şikayət daxil olub

17 Yanvar 2018, 11:17

Ötən il Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə 7809 ərizə və şikayət daxil olub. Bu rəqəm 2016-cı ildə 9360 təşkil edib.

Modern.az xəbər verir ki, bu barədə yanvarın 17-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2017-ci il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında məlumat verilib.

Baş prokurorun müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, ötən il “Qaynar xətt” əlaqə mərkəzi tərəfindən 4183 müraciət qeydə alınıb. Bu rəqəm əvvəlki il 5492 olub. Onlardan 309-na Baş İdarə tərəfindən baxılıb, 28-i üzrə cinayət işi başlanılıb. Ərizə və şikayətlərin azalmasına səbəb “ASAN xidmət” mərkəzlərinin coğrafiyasının genişləndirilməsi və bu mərkəzlər tərəfindən göstərilən xidmətlərin artırılmasıdır.

Baş İdarə rəisi qeyd edib ki, 2017-ci ildə cinayət xarakterli 280 materiala baxılıb. Onlardan 181-i üzrə cinayət işi başlanılıb. Bu cür hallara əsasən qulluq mövqeyindən sui-istifadə edərək dələduzluq, mənimsəmə, rüşvətvermə və s. hallar olub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?