Modern.az

“Xəzər” jurnalının yeni sayı çapdan çıxıb

“Xəzər” jurnalının yeni sayı çapdan çıxıb

17 Yanvar 2018, 11:54

“Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti sayı nəşr olunub.

 

Jurnalın bu sayında:

 

* “Nobel kürsüsü” rubrikasında –  Kazuo İşiquro “O günlərdən qalanlar” romanı;

* “Azərbaycan ədəbiyyatı” rubrikasında – Ələkbər Salahzadənin şeirləri;

* “Hekayə” rubrikasında – Edqar Ponun hekayələri;

* “Korifeylər” rubrikasında –Frans Kafka haqqında xatirələr və onun “Aclıq ustası” hekayəsi;

* “Gündəlik” rubrikasında – Yelena Bulqakovanın “Mən dustağam” gündəliyi;

* “Türk poeziyası”rubrikasında – Edip Cansevər, Cahit Zerifoğlu, Cemal Süreya, Ece Ayhan və Can Yücelin şeirləri;

* “Esse” rubrikasında – Yukio Misimanın “Günəş və polad” essesi;

* “Rus poeziyası” rubrikasında – Anna Axmatovanın şeirləri;

* “Teatr” rubrikasında – Martin Makdonaxın “Spokanlı təkqol” pyesi;

* “Ukrayna ədəbiyyatı” rubrikasında – Natali Kulişin hekayələri;

* “Roman” rubrikasında – Toni Morrisonun “Evə qayıdış” romanı və s. maraqlı yazılar yer alıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi