21 may 2018, Bazar ertəsi
Ana Səhifə - GÜNDƏM - Radara düşməmək üçün bundan istifadə edin!
Radara düşməmək üçün bundan istifadə edin!
17.01.2018, 12:12

Azərbaycan Prezidenti İlham Əliyevin əhaliyə innovativ xidmətlərin göstərilməsi və operativliyin, rahatlığın təmin olunması barədə tapşırıqları istiqamətində atılmış mühüm addımlardan biri də ilk milli naviqasiya sistemi olan “AzNav”dır.

 

Əmlak Məsələləri Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, unikallığı ilə seçilən bu ilk milli naviqasiya sistemi istifadəyə verildiyi gündən bəri vətəndaşların xüsusi marağına səbəb olub. İstifadə qaydalarının rahatlığı, geniş funkisonallığı ona olan diqqəti artırıb. Belə ki, hazırda sistemin istifadəçilərinin sayı 270 mini ötüb. Bunun 206 min nəfəri "Android" əməliyyat sistemli telefonlardan qalanı isə iOS əməliyyat sistemini dəstəkləyən telefonlardan qoşulub. Nəzərə alsaq ki, sistem bir il bundan öncə vətəndaşların ixtiyarına verilib, qısa zaman keçməsinə baxmayaraq, istifadə sayına görə xeyli irəlidədir. Göstəricinin yüksək olması “AzNav”ın bir çox üstün cəhətlərə sahib olduğunu göstərir.

 

İstifadəçilər “AzNav”ı "iOS" (Apple), "Windows CE" əməliyyat sistemlərində olan bütün növ mobil cihazlardan, eyni zamanda, telefon və planşetlərdən ödənişsiz olaraq yükləmək imkanına malikdir. Həmçinin vətəndaşlar əlavə internet paketi götürmədən sistemi oflayn rejimdə işlədə bilərlər. Bu isə onların vəsaitlərinə qənaət etməsinə imkan verir.

 

Dəqiq və hər zaman yenilənən GPS naviqasiya sistemi “AzNav” Komitənin öz məhsulu olan Ünvan Reyestri İnformasiya Sisteminin (ÜRİS) məlumatları əsasında hazırlanıb. Sistem yeni və köhnə ünvanların əsasında hazırlanmış Naviqasiya Xəritəsinin məlumatlarından istifadə etməklə işləyir. “AzNav”ın əsas üstünlüklərindən biri də mütəmadi olaraq yenilənməsidir.

 

“AzNav” ölkəmizə səfər edən turistlərin və əcnəbi vətəndaşların ünvan tapma işini daha da rahatlaşdırır. Belə ki, əgər gələn qonaq gedəcəyi yerin dəqiq ünvanını bilmirsə sadəcə məkanın adını yazmaqla lazımi obyekti tapa bilər. Başqa sözlə, sistemdə ünvansız axtarış prinsipi təmin edilib. Qeyd edilməlidir ki, bir dəfə seçilən ünvanlar, obyektlər və marşrutlar isə avtomatik proqramın yaddaşında saxlanılır. Seçilən marşrut üzrə yerləşən muzeylərin, xəstəxanaların, turizm obyektlərinin, mehmanxanaların və bu kimi digər obyektlərin vizual görüntüsü də əks olunur. Bundan başqa, turistlər gedəcəyi hotelin, muzeyin, mehmanxananın, iaşə obyektlərinin axtarışını edən zaman həmin müəssisələr haqqında məlumatlar, onların əlaqə nömrələri ekranda görünür. Xəritənin 3 ölçülü (3D) rejimdə əks olunması binaların və istinadların da 3D göstərilməsini (seçimə görə) mümkün edir. Gələn qonaqları nəzərə alan “AzNav” Azərbaycan dili ilə yanaşı, rus, ingilis, ərəb, alman, ispan, fransız, italyan, türk və gürcü dillərini də dəstəkləyir və sadalanan dillərdə interfeysə malikdir. Bununla da onlar öz dillərində sistemi rahatlıqla işlədə biləcəklər.

 

“AzNav” taksi, poçt, yükdaşıma fəaliyyəti ilə məşğul olan şirkətlərin, təcili tibbi yardımların da işini olduqca sadələşdirir. Sistem paytaxt və regionlar üzrə ünvan axtarışı, tapılması, qısa zamanda və qısa marşrutla ünvanaçatma məsələlərinin operativ və rahat şəkildə həllini təmin edir. Belə ki, onlar Trafik durumu funksiyasından istifadə etməklə gedəcəyi istiqamət üzrə yolda olan sıxlıq barəsində məlumat ala bilirlər. Bu zaman isə sürücülər bir ünvandan digər ünvana bütün alternativ yolları görmək imkanları var. Başqa sözlə onlar ünvan barədə dəqiq koordinatları, qısa yolları və istiqamətverici digər məlumatları əldə edir. Eyni zamanda sürücülər “Evə apar” funksiyasından istifadə etməklə cari məntəqədən “ev” kimi yaddaşda qeyd edilmiş məntəqəyə qədər marşrutun hesablanmasını həyata keçirə bilərlər. Başqa sözlə, nəqliyyat vasitəsi hərəkətə başladıqdan sonra istifadəçi gedəcəyi yerə nə zaman çatacağı barədə məlumatı əvvəlcədən öyrənə bilir. Bununla da həmin sürücülər vaxtlarına qənaət etmiş olurlar.

Sistemin köməkliyi ilə sürücülərin yol hərəkət qaydalarına əməl etməklə, nizamlılığı qorumaqla sükanı idarə etməsi təmin edilir. Belə ki, Naviqasiya Proqramı seçilmiş yol ilə hərəkət zamanı yolda nəqliyyat vasitəsinin maksimal sürətini, radarları, döngə nöqtələrini, parkinqləri, yanacaqdoldurma məntəqələrini bildirir. “AzNav”ın sürət həyəcan siqnalı vətəndaşlarımızın radara düşməməyinə köməklik edir. Radar və bəzi yol nişanları haqda bildirişlər həm görüntülü əks olunur, həm də səsli olaraq diqqətə çatdırılır. Hərəkət zamanı marşrut üzərində hər hansı hadisə ilə rastlaşdıqda ekranda əks olunan “SOS” funksiyasına daxil olmaqla bu barədə məlumat vermək də mümkündür.

 

Milli Naviqasiya Sistemi hazırda özündə 353 şəhər və qəsəbə, 5321 yaşayış məntəqəsi, 759 227 bina və tikili, 77 972 maraq nöqtəsi POİ (obyektlər), 117 Körpü, 558 yolüstü piyada keçidi, 521 radar və kameranı əks etdirir.

 

Beləliklə, bu milli layihə ölkəmizdə həyata keçirilən sosial yönümlü işlərin tərkib hissəsi olmaqla ünvan məsələləri ilə bağlı işlərin çevik həllinə yönəlib. Əmlak Məsələləri Dövlət Komitəsi bu xidməti də istifadəçilərə təqdim etməklə ünvan axtarışı məsələlərində vətəndaşların və əlaqəli tərəflərin işinin yüngülləşməsini təmin edib.

 

Qeyd edək ki, “AzNav” ilk milli naviqasiya sistemi “MilliNet 2017” Milli İnternet Mükafatında E-gov Mobil tətbiqləri nominasiyası üzrə 2-ci yeri tutub.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Rusiyada təyyarə sərt eniş etdi - ölən var
21.05.2018, 00:45

Rusiyada təyyarə sərt eniş etdi - ölən var

"Liverpulu"u  türkiyəli məşqçi "çalışdıracaq"
21.05.2018, 00:34

"Liverpulu"u  türkiyəli məşqçi "çalışdıracaq"

Simeone: “Qarabağ”la oyunlardan sonra...”
21.05.2018, 00:23

Simeone: “Qarabağ”la oyunlardan sonra...”

Premyer Liqada məşqçi istefası - O da getdi
21.05.2018, 00:11

Premyer Liqada məşqçi istefası - O da getdi

Çin və ABŞ razılaşdı - “Müharibə” başa çatdı
21.05.2018, 00:00

Çin və ABŞ razılaşdı - “Müharibə” başa çatdı

Onun əşyalarına toxunanlar ölür - Məşhur alimin dəfnində ortaya çıxan DƏHŞƏT
20.05.2018, 23:48

Onun əşyalarına toxunanlar ölür - Məşhur alimin dəfnində ortaya çıxan DƏHŞƏT

Xəzər Dənizində zəlzələ olub
20.05.2018, 23:15

Xəzər Dənizində zəlzələ olub

Qarabağda erməni əsgər öldürülüb
20.05.2018, 23:05

Qarabağda erməni əsgər öldürülüb

İki kanadalı milli lotereyada 4 milyona yaxın dollar udub
20.05.2018, 22:52

İki kanadalı milli lotereyada 4 milyona yaxın dollar udub

Xırdalanda yaşayış binasında yanğın - 20 nəfər təxliyə edilib
20.05.2018, 22:40

Xırdalanda yaşayış binasında yanğın - 20 nəfər təxliyə edilib

Ağ Ev: Trampla Kim Çen Inın görüşü ləğv edilməyib
20.05.2018, 22:21

Ağ Ev: Trampla Kim Çen Inın görüşü ləğv edilməyib

Ötən il axtarışda olan 55 insan alverçisinin 32-si tutulub
20.05.2018, 21:40

Ötən il axtarışda olan 55 insan alverçisinin 32-si tutulub

Mahmud Abbas xəstəxanaya yerləşdirilib
20.05.2018, 21:35

Mahmud Abbas xəstəxanaya yerləşdirilib

Ramazanın 5-ci gününün duası, imsak və iftar vaxtı
20.05.2018, 21:30

Ramazanın 5-ci gününün duası, imsak və iftar vaxtı

İŞİD Qroznıda kilsəyə hücuma görə məsuliyyəti üzərinə götürüb
20.05.2018, 21:02

İŞİD Qroznıda kilsəyə hücuma görə məsuliyyəti üzərinə götürüb

Abramoviç İngiltərədən çıxarılacaq
20.05.2018, 20:17

Abramoviç İngiltərədən çıxarılacaq

“Neftçi” Avroliqada
20.05.2018, 20:10

“Neftçi” Avroliqada

Qazaxıstanda neft yatağında yanğın: 1 ölü, 3 yaralı
20.05.2018, 18:07

Qazaxıstanda neft yatağında yanğın: 1 ölü, 3 yaralı

XİN: Yaranmış vəziyyətə görə məsuliyyət Ermənistanın üzərinə düşür
20.05.2018, 17:36

XİN: Yaranmış vəziyyətə görə məsuliyyət Ermənistanın üzərinə düşür

Gəncədə əmi qardaşı qızının evindən oğurluq etdi
20.05.2018, 17:29

Gəncədə əmi qardaşı qızının evindən oğurluq etdi

Belqrad Universitetində AXC-nin 100 illiyi bağlı TƏDBİR
20.05.2018, 16:52

Belqrad Universitetində AXC-nin 100 illiyi bağlı TƏDBİR

İcra Hakimiyyətlərinin torpaq, mənzil alveri - PROBLEM
20.05.2018, 16:45

İcra Hakimiyyətlərinin torpaq, mənzil alveri - PROBLEM

Türkiyədə partiya və itifaqlar seçki bülletenində belə QƏRARLAŞACAQ   
20.05.2018, 16:34

Türkiyədə partiya və itifaqlar seçki bülletenində belə QƏRARLAŞACAQ  

Ordumuzun əsgəri ŞƏHİD OLUB
20.05.2018, 16:02

Ordumuzun əsgəri ŞƏHİD OLUB

Sel Əfqanıstanda 9 nəfərin canını ALDI
20.05.2018, 15:46

Sel Əfqanıstanda 9 nəfərin canını ALDI

Bərdədə 20 iribuynuzlu heyvan tələf olub
20.05.2018, 15:40

Bərdədə 20 iribuynuzlu heyvan tələf olub

Avropa ölkələri İranla yeni müqavilə imzalamaq istəyir
20.05.2018, 15:14

Avropa ölkələri İranla yeni müqavilə imzalamaq istəyir

Sabahın HAVASI küləkli və yağışlı olacaq
20.05.2018, 14:34

Sabahın HAVASI küləkli və yağışlı olacaq

I və IV ixtisas qrupları üzrə qəbul imtahanı BİTDİ
20.05.2018, 14:00

I və IV ixtisas qrupları üzrə qəbul imtahanı BİTDİ

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi MONTENEQRODA
20.05.2018, 13:33

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi MONTENEQRODA

Türkiyə Silahlı Qüvvələri 3 PKK-lını zərərsizləşdirib
20.05.2018, 13:27

Türkiyə Silahlı Qüvvələri 3 PKK-lını zərərsizləşdirib

Ağdaşda yaşayış evi əşyaları ilə birgə yanaraq kül olub
20.05.2018, 13:22

Ağdaşda yaşayış evi əşyaları ilə birgə yanaraq kül olub

“Sahil” stansiyası vaxtından tez açılacaq - RƏSMİ
20.05.2018, 13:13

“Sahil” stansiyası vaxtından tez açılacaq - RƏSMİ

Misirlə Sudanın münasibətləri seriala görə POZULDU
20.05.2018, 13:09

Misirlə Sudanın münasibətləri seriala görə POZULDU

Hərbi hissədə Cümhuriyyətin 100 illiyi qeyd olunub
20.05.2018, 12:48

Hərbi hissədə Cümhuriyyətin 100 illiyi qeyd olunub

ARXİV
SORĞU
Türkiyədə səsvermə hüqüqunuz olsaydı, hansı namizədə səs verərdiniz?
Muharrem İnce (31.8%)
Meral Akşener (22.7%)
Rəcəb Tayyip Ərdoğan (45.4%)
Selahattin Demirtaş (0%)
Temel Karamollaoğlu (0%)
Doğu Perinçek (0%)