Modern.az

Xəbər saytı fəaliyyətini dayandırır  

Xəbər saytı fəaliyyətini dayandırır   

Aktual

17 Yanvar 2018, 12:35

“Xəbər365.com” saytı fəaliyyətini dayandırır. Modern.az xəbər verir ki, bu barədə saytın rəhbəri Anar Əsədli məlumat verib.
 

“3 il yarım əvvəl dövlətçilik, millətçilik, türkçülük dəyərlərini əldə bayraq edərək bir yola başladıq – məhdud imkanlarla, kiçik bir komanda ilə “Xəbər365”i yaratdıq. 3 il yarım ərzində bir dəfə də olsun, əlimizi vicdanımızın üstündən götürmədik, haqqın, doğrunun yanında olduq. Bunu ona görə bu qədər rahatlıqla yazıram ki, saytın adı çəkiləndə haqqında ən reytinqli, ən populyar sayt yox, doğruları yazan sayt deyilir. Qürurludur ki, oxucuların, ictimaiyyətində yaddaşında məhz bu cür qalırıq. Sayt yaranandan bəri hər şeyə rəğmən, öz prinsiplərinə sadiq qaldı, onun marağında kiminsə villasını, bahalı maşınını, şou göstərmək, qalmaqalları, ölümü, kriminal hadisələri təbliğ etmək olmadı. Reytinq arxasınca qaçmadıq, məqsədimiz cəmiyyətə doğru informasiyaları çatdırmaq və fəaliyyətimizdə sağlam fikirləri yaymaq oldu. Çətin də olsa, qısa müddətdə ölkə mediasında özünəməxsus yer tuta bildik. Nəinki ölkədə, türk dünyasında populyarlıq qazanaraq oradakı fikir adamlarının da dəyərli fikirlərinin güzgüsünə çevrildi”.

Anar Əsədlinin sözlərinə görə, sayt 31 yanvardan etibarən fəaliyyətini dayandıracaq:

““Xəbər365” yarandığı gündən mediada brend olmağı qarşısına məqsəd qoydu və buna, demək olar ki, nail oldu. Komandamızda peşəkar, öz mövqeyi olan jurnalistlər çalışdı, saytımız vasitəsilə aydınlar öz sözlərini deyə bildilər.
Biz bu il bir sıra səbəblərdən fəaliyyətimizi dayandırmaq məcburiyyətindəyik. Əlbəttə, bu addım bizim ürəyimizcə deyil, amma bizdən asılı olmayan səbəblər var...
Saytın fəaliyyətini davam etməsini, yaşamasını istəyən dostlarımız varsa, çox böyük həssasiyyətlə yaratdığımız, qoruduğumuz bu media orqanını və onun oxucularının yer aldığı 75 min izləyicisi olan “Feysbuk” səhifəmizi onlara həvalə edə bilərik. Təbii ki, saytın yoluna sadiq qalan, doğru-dürüst məqsədə xidmət edən kəslərə... Bizim üçüm önəmli olan bu adın yaşaması, bu yolun davam etməsidir. Ola bilər ki, bir müddət sonra “Xəbər365”in başında yenə özümüz – saytın qurucuları və yaşadanlar olaq. 
Sayt 31 yanvar- Cümhuriyətimizin qurucusu M.Ə. Rəsulzadənin doğum gününə qədər fəaliyətini davam etdirəcək.
Bu günə kimi bu əziyyətli yolda bizə dəstək olan, bizi oxuyan, dəyər verən hər kəsə, hər bir oxucuya təşəkkür edirik!”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı