Modern.az

Sarkisyan Putini təqlid edir

Sarkisyan Putini təqlid edir

17 Yanvar 2018, 13:24

Rusiyalı politoloq Stanislav Tarasov Ermənistanın yeni baş nazirinin Serj Sarkisyan, hazırki baş nazir Karen Karapetyanın isə prezident olacağını deyib.

 

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, politoloq bunu Moskvanın istədiyini xatırladıb. Onun fikrincə, Ermənistanda Putin-Medvedev yerdəyişməsinə bənzər ssenari olacaq.

“Moskvada baş nazir Karen Karapetyanla prezident Serj Sarkisyanı bir-birindən ayrı tutmurlar. Bizə elə gəlir ki, Serj Azatoviç hökumət başçısı, Karen Karapetyan isə prezident olacaq”.

 

Serj Sarkisyanın Respublika Partiyasının sədri olduğunu xatırladan Tarasov əsas səlahiyyətlərin baş nazirin əlində cəmləşəcəyini vurğulayıb.

Xatırladaq ki, Ermənistanda növbəti prezident seçkiləri bu il martın 1-də start götürəcək. Budəfəki seçkilərin özəlliyi ondan ibarətdir ki, ölkədə əsas icraedici funksiya prezidentdən baş nazirə keçəcək. Prezident isə yaşı 40-ı keçmiş, son 6 ili daim Ermənistanda yaşayan namizədlərin qatılacağı seçkidə mübarizə aparacaq.

Budəfəki seçki mərhələli olacaq və martın 10-dək davam edəcək. Ermənistan prezidentini parlament seçəcək. Dövlət başçısı olacaq şəxs yalnız 1 müddətdə (7 illik) seçiləcək.
Prezidentliyə əsas namizədlər Karen Karapetyan, Qrant Baqratyan, Andreas Qukasyan, Paruyr Ayrikyan, Raffi Ovanisyan, Armen Melikyan və Vardan Sedrakyandır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi