25 may 2018, Cümə
Ana Səhifə - GÜNDƏM - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BDU arasında əməkdaşlıq...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BDU arasında əməkdaşlıq...
17.01.2018, 13:37

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Bakı Dövlət Universiteti arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəd elmi-praktik əlaqələri inkişaf etdirmək, qarşılıqlı maraq doğuran sahələrdə mövcud təcrübəni bölüşməklə birgə və bərabər maraqlar əsasında əməkdaşlıq etmək, aidiyyəti fəaliyyət sahələrinin inkişafı üzrə qarşılıqlı nəticələrə nail olmaq məqsədinə xidmət edir.


Modern.az xəbər verir ki, memorandumun imzalanması tədbirində Bakı Dövlət Universitetinin rektoru, akademik Abel ölkəmizin sosial sahədəki qanunvericilik bazasının təkmilləşdirməsinin əhəmiyyətindən, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində sosial müdafiə sisteminin möhkəmləndirilməsindən bəhs edib. 2004-cü ildə ölkəmizin Avropa Sosial Xartiyasına qoşulduğunu deyən rektor Bakı Dövlət Universitetində sosiomühəndis layihələri hazırlamağı bacaran, müvafiq sosial xidmətləri istiqamətləndirə və realizə etməyə qadir olan mütəxəssis hazırlığı istiqamətində görülən işləri diqqətə çatdırıb.


O bildirib ki, 2005-ci ildə ilk dəfə olaraq Bakı Dövlət Universitetində təhsilin magistratura, 2008-ci ildə isə bakalavr pilləsində sosial işçi hazırlığına başlanılıb, mütəxəssis hazırlığını təkmilləşdirmək, sosial işi  elm və tədris sahəsi kimi inkişaf etdirmək məqsədilə Sosial iş kafedrası və sosioloji tədqiqatlar laboratoriyası yaradılıb. A.Məhərrəmov  onu da vurğulayıb ki, BDU ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında sosial iş sahəsində mütəxəssis hazırlığı, innovativ sosial xidmətlər istiqamətində birgə əməkdaşlıq haqqında sənəd də  məhz qeyd edilən məqsədlərə xidmət edir.


Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının ölkədə etibarlı sosial müdafiə sisteminin qurulmasına imkan yaratdığını, bu sistemin mühüm komponentlərindən birinin də çətin həyat şəraitində olan şəxslərə sosial xidmətlərin göstərilməsi olduğunu vurğulayıb: “Bu sahədə tədbirlərin davamı kimi, ötən il 1080 nəfərə tam dövlət təminatında olmaqla sosial müəssisələrdə, 11 min nəfərə evlərində sosial xidmətlərin göstərilməsi, nazirliyin sosial sifarişlər üzrə 29 qeyri-hökumət təşkilatının icra etdiyi  61 layihə  üzrə 4,1 min nəfər çətin həyat şəraitində olan uşağın, habelə müvafiq hallarda onların ailələrinin reabilitasiya yönümlü sosial xidmətlərə cəlb olunmaları təmin edilib”.


S.Müslümov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış “Məzun evi” Sosial Müəssisəsinin fəaliyyətindən də bəhs edib, dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş 209 nəfər məzununun mənzillə təmin edildiyi müəssisədə xalça və tikiş sexlərinin açıldığını, burada yaşayanların məşğulluğunun təminatı üçün müvafiq işlərin aparıldığını bildirib. Nazir ötən il yeni sosial xidmət müəssisələrinin - ehtiyacı olan insanlar üçün müasir tələblərə uyğun Sosial Sığınacaqların fəaliyyətə başladığını, penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün sosial reabilitasiya mərkəzinin yaradıldığını, nazirlik tərəfindən 68 nəfər insan alveri qurbanına və  28 nəfər insan alverinin potensial qurbanına müxtəlif yardımlar göstərildiyini qeyd edib.


“Ölkədə sosial müdafiə sisteminin müasir və səmərəli təşkili, bu sistemin əhatəliliyinin artırılması məqsədilə həyata keçirilən tədbirlər sosial iş sahəsini də əhatə edir. Sosial iş sahəsində qabaqcıl dünya təcrübəsinə uyğun şəkildə köklü islahatlar aparılmaqla,  keyfiyyətli sosial xidmətlərin təşkili üçün zəruri tədbirlər görülür”, deyə bildirən S.Müslümov bütün dünyada geniş yayılmış sosial işin çətin həyat şəraitinə düşmüş insanlara kömək etməyə istiqamətlənmiş çoxşaxəli və geniş fəaliyyət olduğunu diqqətə çatdırıb: “Qabaqcıl beynəlxalq praktikada sosial işçilər bələdçi, məsləhətçi və bəzən də hüquq müdafiəçisi kimi çıxış edirlər. Həmin işçilər sosial xidmətlərə ehiyac duyan şəxslərin bu xidmətlərə tələbatını qiymətləndirir, müəyyən edir,  qarşılaşdıqları və təkbaşına bacarmadıqları problemlərinin həllində, cəmiyyətə inteqrasiyasında mühüm  rol oynayırlar. Sosial işin uğurlu təşkilində bu sahədə çalışanların yüksək məsuliyyət hissi, işə peşəkar yanaşması və digər bu kimi keyfiyyətləri həlledici amillərdəndir. Bu baxımdan sosial işçilərin peşə hazırlığı səviyyəsi mühüm önəm kəsb edir”.


S.Müslümov bildirib ki, yeni hazırlanan və 2018-2022-ci illəri əhatə edən “Azərbaycan Respublikasında sosial xidmətin inkişafı Konsepsiyası”nda da sosial xidmət sistemində insan resurslarının inkişafı, kadr potensialının beynəlxalq standartlara uyğunlaşdırılması əsas fəaliyyət istiqamətləri sırasında yer alıb: “2015-2017-ci illərdə icra olunmuş “Sosial xidmətin inkişafı” tvinninq layihəsi çərçivəsində də sosial xidmətlərlə təminatın modernləşdirilərək Avropa ölkələrinin ən yaxşı təcrübələrinə uyğun qurulması üçün müvafiq işlər aparılıb. Bu sahədə insan resurslarının inkişafı üçün strateji çərçivə, zəruri normativ-hüquqi sənədlərin layihələri, mütərəqqi dünya təcrübəsindən irəli gələn yeni “Sosial iş” modelinin ölkəmizdə tətbiqinə hazırlıqla əlaqədar bu model üzrə vəzifə təlimatı hazırlanıb. Həmin modelin tətbiqi ilə əlaqədar 4 pilot ərazi üzrə sosial işçiləri, ali təhsil müəssisələrinin aidiyyəti sahə üzrə müəllim heyəti  üçün beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər keçirilib, onlara sosial xidmətlər sahəsində qabaqcıl beynəlxalq təcrübə öyrədilib”.


S.Müslümov sosial iş sahəsində yüksək ixtisaslı kadr potensialının formalaşdırılması üçün  müvafiq ixtisasa yiyələnən tələbə və magistrantların təcrübi bilik və bacarıqlarının inkişaf etdirilməsinin vacib olduğunu vurğulayıb: “Hazırda imzalanma tədbiri keçirilən Memorandum “Sosial iş” ixtisası üzrə tədris prosesinin praktik sosial iş sahəsi, sosial xidmət müəssisələri ilə əlaqəli şəkildə səmərəliliyinin yüksəldilməsində yeni imkanlar açır. Bu sənəd eyni zamanda, sosial işçilərin ixtisasartırma və ya təlim keçməklə biliklərini artırmaları, ümumən bu sahədə təlim və təcrübə sektorlarının qarşılıqlı əlaqəsini təmin edən birgə və sistemli fəaliyyətin təşkili baxımından çox əhəmiyyətlidir”.

  
Sonra S.Müslümov və A.Məhərrəmov əməkdaşlığa dair Anlaşma Memorandumunu imzalayıblar. Sənəddə sosial iş və sosial siyasət sahəsi üzrə tələbə və magistrantları məlumatlandırmaq məqsədilə Nazirliyin müvafiq əməkdaşlarının Universitetin “Sosial iş” ixtisası üzrə təhsil alan tələbələri üçün ustad dərslərinin, habelə  həmin ixtisas üzrə tədris prosesinin səmərəliliyini artırmaq məqsədilə Universitetin bakalavriat və magistratura pillələrində təhsil alan tələbələrinin Nazirliyin tabeliyindəki sosial xidmət müəssisələrində təcrübə və təlim keçmələrinin təşkil edilməsi nəzərdə tutulur.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Ən çox vakant vəzifə bu nazirliklərdə olub
25.05.2018, 14:34

Ən çox vakant vəzifə bu nazirliklərdə olub

Oqtay Əsədov Gürcüstana gedir
25.05.2018, 14:33

Oqtay Əsədov Gürcüstana gedir

Aritmiya  ilə bağlı bildiyimiz yanlışlar
25.05.2018, 14:23

Aritmiya  ilə bağlı bildiyimiz yanlışlar

Ayaz Salayev: “3-4 ay olardı ki, tərəddüd edirdim, yazım, yoxsa yazmayım...”  
25.05.2018, 14:19

Ayaz Salayev: “3-4 ay olardı ki, tərəddüd edirdim, yazım, yoxsa yazmayım...”  

Ombudsman: “Müstəqillik dövründə 11 amnistiya aktı, 64 əfv sərəncamı icra olunub”
25.05.2018, 13:42

Ombudsman: “Müstəqillik dövründə 11 amnistiya aktı, 64 əfv sərəncamı icra olunub”

Sabahın hava proqnozu açıqlanıb
25.05.2018, 13:39

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda biznes evləri yaradılacaq   
25.05.2018, 13:36

Azərbaycanda biznes evləri yaradılacaq  

20%-ə sığmayan “yaradıcılıq”
25.05.2018, 13:30

20%-ə sığmayan “yaradıcılıq”

Azərbaycan Xocalı aeroportunu vura bilərmi? - Hərbi ekspertdən AÇIQLAMA   
25.05.2018, 13:30

Azərbaycan Xocalı aeroportunu vura bilərmi? - Hərbi ekspertdən AÇIQLAMA  

Sarkisyanın partiyası növbədənkənar seçkilərə getməyəcək
25.05.2018, 13:24

Sarkisyanın partiyası növbədənkənar seçkilərə getməyəcək

Nazir: “Kənd Təsərrüfatı Nazirliyinin iş prinsipləri dəyişəcək”   
25.05.2018, 13:17

Nazir: “Kənd Təsərrüfatı Nazirliyinin iş prinsipləri dəyişəcək”  

“Sputnik Azərbaycan” 3 yaşında - Baş redaktor: “Bizə dost olmayanları özümüzə dost etmək istədik”
25.05.2018, 13:11

“Sputnik Azərbaycan” 3 yaşında - Baş redaktor: “Bizə dost olmayanları özümüzə dost etmək istədik”

Şimali Koreya Trampın qərarından məyus olub
25.05.2018, 12:57

Şimali Koreya Trampın qərarından məyus olub

Professor Nərgiz Paşayeva: “Oksford Universitetindəki imzalanma mərasimini
25.05.2018, 12:53

Professor Nərgiz Paşayeva: Oksford Universitetindəki imzalanma mərasimini "Əsrin kontraktı" adlandırmaq olar -FOTOLAR

Maaşlara vahid vergi tətbiqi təklif edildi
25.05.2018, 12:47

Maaşlara vahid vergi tətbiqi təklif edildi

“Hec kimə belə sonluq arzulamazdım...”   
25.05.2018, 12:45

“Hec kimə belə sonluq arzulamazdım...”  

“Mançester Siti” “Real”ın futbolçusunu 80 milyon avroya aldı
25.05.2018, 12:44

“Mançester Siti” “Real”ın futbolçusunu 80 milyon avroya aldı

“Maliyyə vəziyyətləri imkan vermir ki, idmançılara həb alsınlar...”
25.05.2018, 12:43

“Maliyyə vəziyyətləri imkan vermir ki, idmançılara həb alsınlar...”

“Yol hərəkəti haqqında” qanun DƏYİŞDİRİLİR
25.05.2018, 12:39

“Yol hərəkəti haqqında” qanun DƏYİŞDİRİLİR

Yol Polisinin rəhbərliyi Milli Məclisə ÇAĞIRILDI   
25.05.2018, 12:39

Yol Polisinin rəhbərliyi Milli Məclisə ÇAĞIRILDI  

Madurodan ABŞ-ın ünvanına ağır İTTİHAM
25.05.2018, 12:30

Madurodan ABŞ-ın ünvanına ağır İTTİHAM

Ova görə cərimələr artırıla bilər 
25.05.2018, 12:26

Ova görə cərimələr artırıla bilər 

Bu ölkədə sabah yeni prezident seçiləcək
25.05.2018, 12:24

Bu ölkədə sabah yeni prezident seçiləcək

Ümumdünya Turizm Təşkilatı 110-cu sessiyanı Bakıda keçirəcək
25.05.2018, 12:21

Ümumdünya Turizm Təşkilatı 110-cu sessiyanı Bakıda keçirəcək

Bakıda itkin düşən 82 yaşlı qadın tapılıb
25.05.2018, 12:19

Bakıda itkin düşən 82 yaşlı qadın tapılıb

Fransanın xarici işlər naziri Bakıya gəlir
25.05.2018, 12:17

Fransanın xarici işlər naziri Bakıya gəlir

Türkiyə ordusu İraqda əməliyyat keçirir: Ölənlər var
25.05.2018, 12:11

Türkiyə ordusu İraqda əməliyyat keçirir: Ölənlər var

Əbülfəs Qarayev Salyanda vətəndaşları dinlədi
25.05.2018, 12:07

Əbülfəs Qarayev Salyanda vətəndaşları dinlədi

Birinci vitse-prezident və vitse-prezidentlərlə bağlı qanuna dəyişiklik edilir   
25.05.2018, 12:01

Birinci vitse-prezident və vitse-prezidentlərlə bağlı qanuna dəyişiklik edilir  

Türkiyədə bəzi partiyaların siyahısında pozuntular aşkarlanıb
25.05.2018, 12:01

Türkiyədə bəzi partiyaların siyahısında pozuntular aşkarlanıb

“Qoy ictimaiyyət bilsin ki, biz Konstitusiyamıza zidd heç bir addım atmırıq”
25.05.2018, 11:58

“Qoy ictimaiyyət bilsin ki, biz Konstitusiyamıza zidd heç bir addım atmırıq”

Sabahdan Azərbaycanda yeni ov mövsümü açılır 
25.05.2018, 11:55

Sabahdan Azərbaycanda yeni ov mövsümü açılır 

Əfv olunan məhkumlar ailələrinə qovuşdu - FOTOLAR
25.05.2018, 11:46

Əfv olunan məhkumlar ailələrinə qovuşdu - FOTOLAR

İnam Kərimovun aktivinə yazılacaq “qızıl xal”  
25.05.2018, 11:46

İnam Kərimovun aktivinə yazılacaq “qızıl xal”  

“Kobud ehtiyasızlıq nə deməkdir?” – Rafael Cəbrayılovdan İRAD
25.05.2018, 11:43

“Kobud ehtiyasızlıq nə deməkdir?” – Rafael Cəbrayılovdan İRAD

ARXİV
SORĞU
Türkiyədə səsvermə hüqüqunuz olsaydı, hansı namizədə səs verərdiniz?
Muharrem İnce (22.0%)
Meral Akşener (12.8%)
Rəcəb Tayyip Ərdoğan (57.6%)
Selahattin Demirtaş (1.84%)
Temel Karamollaoğlu (0.61%)
Doğu Perinçek (4.90%)