Modern.az

Yeni virus aşkar edildi

Yeni virus aşkar edildi

17 Yanvar 2018, 14:19

“Kasperski laboratoriyası”nın mütəxəssisləri “Android” sistemi ilə işləyən qurğularda yeni təhlükəli virus aşkar edib.

 

Bu haqda Modern.az xarici KİV-ə istinadən xəbər verir. 

 

“Skygofree” virusu telefon danışıqlarını yazmağa, sms-ləri və “WhatsApp” mesajlarını oğurlamağa, GPS məlumatlarını və təqvimdə qeyd olunan hadisələri oğurlamağa qadirdir.

 

Bu virus “internet sürətini yoxlamaq” təklifi ilə bəzi saytlar tərəfindən təqdim olunur.

Mütəxəssislər “Skygofree” virusunun “Android” sistemində mövcud olmuş ən güclü viruslardan biri olduğunu bildirir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir