Modern.az

Xəbər saytları ilə SOCAR-ın qarşıdurması - Tərəflər bir-birini İTTİHAM EDİR

Xəbər saytları ilə SOCAR-ın qarşıdurması - Tərəflər bir-birini İTTİHAM EDİR

17 Yanvar 2018, 14:26

“Palmalai” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun müsahibəsini dərc etmiş bir neçə sayt (Afn.az. Bakupost.az, Qafqazinfo.az, Yenicag.az) dünəndən haker hücumlarına məruz qaldıqlarını bəyan ediblər.

Modern.az
xəbər verir ki, bu barədə Afn.az saytının rəhbəri Səbuhi Qafarov bildirib. O, ehtimal əsasında qeyd edib ki, bu, SOCAR-ın məşhur haker qrupunun işidir:


“Adları çəkilən saytlatın rəhbərlərinə birgə mübarizə təklif edirəm. Gəlin dövlət başçısına və aidiyyatı qurumlara müraciət hazırlayaq, rəsmi müstəvidə mübarizəmizi aparaq, yeri gəlsə, məhkəməyə müraciət edək. Əks halda, onlar istədiklərinə çatacaqlar”.


Bakupost.az-ın rəhbəri Elçin Zahidoğlu, “Qafqazinfo” redaktoru Günel Əbilova da dünəndən bəri normal işləyə bilmədiklərini, bu saytlara hücumların davam etdiyini deyiblər.


Məsələ ilə bağlı SOCAR-dan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, normalda iddia qaldıran tərəfdən dəlil istənilməlidir:


“Bu ittihamda məna görmək çətindir, çünki SOCAR özü də məsələ ilə bağlı mətbuata son günlərdə açıqlamalar verib, münasibət bildirib. Yəni SOCAR-ın məsələni ört-basdır etmək kimi niyyəti olmayıb, əksinə şirkət məslənin həqiqətini mətbuata açıqlamağa maraqlı olub”.


SOCAR bəyan edib ki, əgər hər hansı saytlara qarşı haker hücumları olubsa, mütləq müvafiq dövlət orqanları tərəfindən araşdırılmalı və müvafiq tədbirlər görməlidir:


“Azərbaycanın milli brendi olan SOCAR kimi bir şirkətin belə iddialara aidiyyəti ola bilməz”.


Qeyd edək ki, iki gün öcə SOCAR-ın məşhur iş adamı Mübariz Mənsimova məxsus 14 gəmini müsadirə etməsilə barədə məlumatlar yayılıb. Bildirilib ki, SOCAR "Palmali”yə məxsus gəmilərin emal zavodlarına və müəssisələrinə girişinə qadağa qoyub. "Palmali Denizçilik" şirkəti borclarını vaxtında ödəmədiyinə görə, SOCAR-ın şirkətə məxsus 14 gəmini öz mülkiyyətinə keçirdiyi bildirilir. 

Bu məlumatın ardından Mübariz Mənsimov saytlara müsahibə verərək, SOCAR-ı ittiham etmişdi...

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir