17 noyabr 2018, Şənbə
Ana Səhifə - MEDİA - Baş redaktordan Dilçilik İnstitutunun direktoruna MÜRACİƏT: “Orfoqrafiya islahatına ehtiyac varsa…”
Baş redaktordan Dilçilik İnstitutunun direktoruna MÜRACİƏT: “Orfoqrafiya islahatına ehtiyac varsa…”
17.01.2018, 14:35

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu AMEA-nın Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoya açıq məktub yazıb.

Modern.az-ın məlumatına görə, məktubda deyilir:

“Hörmətli Möhsün müəllim!
 

Bu günlərdə ictimaiyyətə təqdim olunan "Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsi mətbuatda və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu. Bir sıra məsələlər tədqir eilməklə bir sıra məsələlər də ciddi tənqidə məruz qaldı. Düşünürəm ki, hər iki mövqedə olanlar özlərinə görə haqlı idilər. Ancaq bəzi önəmli nüanslar var ki, onları doğurdan da qəbul etmək olmaz. Dil elə bir vasitədir ki, ondan təkcə alimlər deyil, bütün xalq istifadə edir. Elə dilin qaydalarını da, orfoqrafiyasını da xalq yaradır. Alimlərsə sadəcə bu qaydalara elmi qəlib düzəltməyə çalışırlar. Ancaq bu heç də həmişə uğurlu olmur. Nəzərə almaq lazımdır ki, dili yaradan xalq olduğu kimi elə onu mühafizə edən, qoruyan, inkişaf etdirən də xalqdır. Əlbəttə, dilin inkişafında ədəbiyyatın, publisistikanın, yazılı və şifahi nitq daşıyıcılarının rolunu danmaq mümükün deyil. Ancaq bütün bunlarla yanaşı, yenə də dilin zənginləşməsi, cilalanması, xarici təsirlərdən qorunması, yaxud başqa dillərlə mübadilə yaratması xalqla bağlıdır. Yəni istənilən halda dil məsələsində imperativ mövqe məhz xalqa məxsusdur. Əsrlər boyu Azərbaycan xalqı çox zəngin bir dil formalaşdırmağı bacarıb və bizə elə gözəl bir dil miras qoyub ki, bir azca bu dili, onun xüsusiyyətlərini dərindən mənimsəyə bilsək tam şəkildə bu dilin imkanları ilə həm özümüzü, hisslərimizi, düşüncələrimizi ifadə edə bilərik, həm də ən zəngin hesab edilən dillərdə yazılan həm nəsr, həm də nəzm nümunələrini dilimizə asanlıqla tərcümə edə bilərik. Yəni dilimiz bu qədər geniş imkanlara və potensila sahibdir. 


Ancaq elə məsələlər var ki, onu dilimizdən sadəcə məişət səviyyəsində istifadə edən və gündəlik leksikonunda cəmisi bir neçə yüz söz işlədən insanlar deyil, dildən daha zəngin mənbə kimi istifadə edən peşə sahibləri bilir. Belə peşələrdən biri də jurnalist peşəsidir. Düşünürəm ki, dilimizin inkişafında yazıçı və şairlərimizdən sonra ən çox rolu olan zümrələrdən biri, bəlkə də birincisi jurnalistlərdir. Xüsusilə hazırkı informasiya cəmiyyətində qlobal dil mübadiləsi prosesində dilimizi qorumaq və onun imkanlarını hətta bəzən zorlayaraq müasir inkişaf etmiş dillərin siyasi, analitik, diplomatik, elmi, bədii, texnoloji və s. üslublarının Azərbacan dilində qarşılığını tapmaqla ona pasport qazandıran peşə sahiblərindən biri yenə də jurnalistlərdir. Ona görə də mən bir alim, bir millət vəkili kimi deyil, bir jurnalist kimi sizə müraciət edərək doğru hesab etdiyim bəzi fikirlərimi sizinlə və rəhbərlik etdiyiniz Dilçilik İnstitutunun çox dəyərli alimlərilə bölüşmək istəyirəm. Düşünürəm ki, bu, dilimizin yeni orfoqrafiya qaydaları yaradılarkən ümumi işimizin xeyrinə ola bilər. 


Beləliklə, təcrübə göstərir ki, orfoqrafiya qaydalarını tez-tez dəyişdikcə yazılı və şifahi özünüifadədə səhflər çoxalır. Biz orfoqrafik qaydalarla əsasən orta məktəb illərində tanış olduğumuza görə, o dövürdəki qaydaları mənimsəyib yadda saxlayırıq. Sonrakı mərhələdə yeni qaydaları ya izləyə bilmirik, ya da yadda saxlaya bilmirik. Beləliklə, dildən istifadə zamanı səhf etmək ehtimalımız artır. Ona görə də zəruri ehtiyac olmadığı halda yeni orfoqrafiya qaydaları yaratmağa ehtiyac yoxdur. Əks təqdirdə, dil istifadəçilərinin səhfi o qədər çox olacaq ki, bu da orfoqrafiya xaosuna çevriləcək. Heç kim nəyin doğru, nəyin yanlış olduğunu bilməyəcək. Çap mediasında və kitab nəşrində çoxsaylı korrektorlar ordusuna ehtiyac yaranacaq. Eyni söz fərqli kitablarda fərqli yazılacaq. Bu isə yol verilməzdir. Başqa bir məsələ ondan ibarətdir ki, dil haqqında hamı akademik düşünə bilmir. Uzun illərin yazı və ifadə vərdişi və bu vaxta qədərki orfoqrafiya forması həm idraki yaddaşda, həm də qələm və əzələ yaddaşımızda sözün yazılış formasını qəlibləşdirib. Məsələn, biz alqı-satqı sözünü yeni təklif olunan alğı-satqı formasında uzun müddət yaza və ifadə edə bilməyəcəyik. Yeni formanın elmi əsasları nə qədər obyektiv olsa belə ən yaxşı halda bir müddət sonra alğı-satqı yox, alğı-satğı deyəcəyik. Çünki birinci al sözün əlavə edilmiş ğı forması imperativdir və diqtə edir ki, ondan sonrakı sat felindəki qı əlavəsi də ğı kimi tələffüz edilsin. Yəni hər iki şəkilçi ya boğazda ğ kimi səslənməlidir, ya da ağızda q kimi . Ona görə də elə alqı-satqı forması əvvəlki qaydada saxlanıla bilər. Bu misal digər başqa hallar üçün də nümunə ola bilər. Yox əgər biz həqiqətən ciddi şəkildə dil islahatları aparmaq niyyətindəyiksə, gəlin onda daha ciddi səhfləri düzəltməyə çalışaq. Məsələn, “müəllim” sözünün orfoqrafik formasını “muallim” kimi düzəldək. Çünki mü-əllim ərəb dilində ələm, kədər, əzab mənasını verir, onda müəllimi isə əzabverən kimi tərcümə edə bilərik. Mu-allim isə elm, öyrənmək kökündən yaranıb, mu önşəkilçisi qəbul edərək elm öyrədən mənasında işlədilir. İndi görək alğı-satqı məsələsi daha vacibdir, yoxsa müəllim, muallim məsələsi. 
Bundan başqa, orfoqrafik formanın dəyişilməsinin çox zəruri olduğu bəzi sözləri diqqətinizə çatdırmaq istəyirəm.


Məsələn, torpaq, yarpaq, kirpik, körpü və s. Torpaq sözünün kökü “tor” deyil, “top”dur. Topa-toprak mənşəyilə bağlıdır. Ona görə də tor-paq yox, top - raq kimi yazılmalıdır. Yarpaq sözünün kökü “yar” deyil, “yap”-dır. Yəni, yastı, yap-yastı. Göründüyü kimi,ilkin variantda yastı sözünün önündə ədat kimi işlənilir.Sonra isə müstəqil sözə yaxud müstəqil leksik vahidə çevrilir . Doğrudan da yarpaq yastıdır. Ona görə də yar- paq kimi yox, yap_- raq kimi yazılmalıdır. Körpü sözünün kökü “kör” deyil, “köp” dür. Köp şişmiş qabarmış mənasındadır. Körpü də daşların xüsusi ağırlıqpaylayan qabartma üsulu ilə tikildiyi üçün köprü kimi yazılmalıdır. Kirpik sözünün də kökü “kir” deyil, “kip”dir. Yəni, gözün qıyısına düzülmüş sıx, kip qoruyucu mənasındadır. Ona görə də kip - rik kimi yazılmalıdır və s. 


Əgər doğurdan orfoqrafiya islahatına ehtiyac varsa, gəlin dilimizdə onlarca, yüzlərcə səhf yazılan bu qəbildən olan sözləri düzəldək. Düzəldək ki, həm dilimiz saflansın, həm də semantik məna ilə etimoloji məna düz olsun, məntiqli olsun. 


Ancaq bunun üçün əvvəlcə bu tip sözləri yığıb siyahısını dərc etməli, sonra onu geniş müzakirə predmetinə çevirməli, ən nəhayət ümumi fikrə gələrək qəbul etməliyik. Belə olarsa, bu barədə ictimaiyyətin də geniş məlumatı olar və elə müzakirə prosesində də yeni variant yaxşıca mənimsənilər. Heç birimizin, o cümlədən Dilçilik İnstitutunun belə bir öhdəçiliyi yoxdur ki, təcili şəkildə alğı-satqı kimi orfoqrafiya qaydası müəyyənləşdirsin. 


Hörmətli Möhsün müəllim, başda siz olmaqla, dilimizin elmi əsaslarda öyrənilməsində, onun inkişafında çox böyük rolu olan institutunuza, onun hər bir dəyərli əməkdaşına elm-ictimai fəaliyyətində uğurlar arzulayır, yeni orfoqrafiya qaydaları kimi çətin, amma gərəkli işin öhdəsindən layiqincə gəlmələrini diləyirəm.


Hörmətlə
, Hikmət Babaoğlu,
Əməkdar jurnalist”


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Hava limanı su altında qaldı - VİDEO
17.11.2018, 00:46

Hava limanı su altında qaldı - VİDEO

Azərbaycan paracüdoçusu dünya çempionu oldu
17.11.2018, 00:30

Azərbaycan paracüdoçusu dünya çempionu oldu

Deputat canlı yayımda büdcə müzakirələri ilə bağlı sualları cavablandırdı - VİDEO
17.11.2018, 00:13

Deputat canlı yayımda büdcə müzakirələri ilə bağlı sualları cavablandırdı - VİDEO

Azərbaycan xalqının 30 il öncəki dirçəliş tarixi
17.11.2018, 00:00

Azərbaycan xalqının 30 il öncəki dirçəliş tarixi

Ərdoğan Trampla Qaşıqçı və FETÖ məsələsini müzakirə etdi
16.11.2018, 23:51

Ərdoğan Trampla Qaşıqçı və FETÖ məsələsini müzakirə etdi

Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda görüşlər keçirib
16.11.2018, 23:38

Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda görüşlər keçirib

Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazandı
16.11.2018, 23:25

Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazandı

Azərbaycan nefti bahalaşıb   
16.11.2018, 23:14

Azərbaycan nefti bahalaşıb  

Avropa ABŞ olmadan özünü müdafiə edə bilməyəcək
16.11.2018, 22:57

Avropa ABŞ olmadan özünü müdafiə edə bilməyəcək

Şahzadənin “Roma”nı almaq istəyi rədd edildi
16.11.2018, 22:45

Şahzadənin “Roma”nı almaq istəyi rədd edildi

Qaxda qoşqulu motosiklet qəzaya uğradı
16.11.2018, 22:19

Qaxda qoşqulu motosiklet qəzaya uğradı

Dünyanın ən böyük Startup yarışması ilk dəfə Bakıda
16.11.2018, 22:14

Dünyanın ən böyük Startup yarışması ilk dəfə Bakıda

İki sərnişin avtobusu toqquşdu: 2 ölü
16.11.2018, 22:02

İki sərnişin avtobusu toqquşdu: 2 ölü

FETÖ-çu ABŞ-dan Türkiyəyə ekstradisiya edildi
16.11.2018, 21:48

FETÖ-çu ABŞ-dan Türkiyəyə ekstradisiya edildi

“Quş qripi” ilə bağlı monitorinqin nəticələri AÇIQLANDI
16.11.2018, 21:34

“Quş qripi” ilə bağlı monitorinqin nəticələri AÇIQLANDI

Böyük Britaniyada “Brexit” üzrə nazir təyin edildi
16.11.2018, 21:21

Böyük Britaniyada “Brexit” üzrə nazir təyin edildi

Qəzzadakı toqquşmalarda 40 fələstinli xəsarət alıb
16.11.2018, 21:08

Qəzzadakı toqquşmalarda 40 fələstinli xəsarət alıb

“Fransanın qeyri-adekvat siyasəti ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır” - Türkiyəli ekspert
16.11.2018, 20:54

“Fransanın qeyri-adekvat siyasəti ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır” - Türkiyəli ekspert

Azərbaycan güləşçisi dünya çempionatının finalında
16.11.2018, 20:39

Azərbaycan güləşçisi dünya çempionatının finalında

Azərbaycanla Rusiya arasında Birgə Bəyanat imzalandı
16.11.2018, 20:28

Azərbaycanla Rusiya arasında Birgə Bəyanat imzalandı

Prezident ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramını təsdiqlədi
16.11.2018, 20:15

Prezident ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramını təsdiqlədi

26 ton zərərli kartof məhv edildi - FOTO
16.11.2018, 20:01

26 ton zərərli kartof məhv edildi - FOTO

Bakıda liftin mühərriki yandı -  2 nəfər xilas edildi
16.11.2018, 19:51

Bakıda liftin mühərriki yandı - 2 nəfər xilas edildi

Azərbaycan klubu liqadan uzaqlaşdırıldı – Səbəb
16.11.2018, 19:40

Azərbaycan klubu liqadan uzaqlaşdırıldı – Səbəb

İsrail növbədənkənar seçkiyə gedir
16.11.2018, 19:24

İsrail növbədənkənar seçkiyə gedir

Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? - DOSYE   
16.11.2018, 19:17

Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? - DOSYE  

"Qarabağla bağlı beynəlxalq tribunal yaradılsın" -  Azay Quliyev
16.11.2018, 19:15

"Qarabağla bağlı beynəlxalq tribunal yaradılsın" - Azay Quliyev

Türkiyədə 723 terrorçu təslim olub
16.11.2018, 18:51

Türkiyədə 723 terrorçu təslim olub

Putin Paşinyana zəng etdi
16.11.2018, 18:42

Putin Paşinyana zəng etdi

Vergilər Nazirliyi kollegiyasının yeni tərkibi təsdiq edilib
16.11.2018, 18:31

Vergilər Nazirliyi kollegiyasının yeni tərkibi təsdiq edilib

Sadələşdirilmiş vergiyə cəlb edilən fəaliyyət növlərinin sayı artırılır
16.11.2018, 18:21

Sadələşdirilmiş vergiyə cəlb edilən fəaliyyət növlərinin sayı artırılır

Prezident məktəb tikintisinə 1 milyon ayırdı
16.11.2018, 18:10

Prezident məktəb tikintisinə 1 milyon ayırdı

Yol tikintisinə 1.5 milyon manat ayrıldı
16.11.2018, 18:00

Yol tikintisinə 1.5 milyon manat ayrıldı

Mədəniyyət Nazirliyi Çində keçirilən festivalda iştirak edib - FOTO
16.11.2018, 17:52

Mədəniyyət Nazirliyi Çində keçirilən festivalda iştirak edib - FOTO

Prezident: “Azərbaycan tarixi nailiyyət əldə edib”
16.11.2018, 17:49

Prezident: “Azərbaycan tarixi nailiyyət əldə edib”

“Hər ailə ağac əksin” aksiyası davam edir
16.11.2018, 17:49

“Hər ailə ağac əksin” aksiyası davam edir

Gənclərə yeni VƏD - Komitə sədri AÇIQLADI
16.11.2018, 17:47

Gənclərə yeni VƏD - Komitə sədri AÇIQLADI

Paytaxtın iki əsas yeni yolu istifadəyə veriləcək - Saleh Məmmədov
16.11.2018, 17:38

Paytaxtın iki əsas yeni yolu istifadəyə veriləcək - Saleh Məmmədov

Abunəçilər “Nar”-ın Müştəri xidmətinin fəaliyyətini yüksək qiymətləndirir
16.11.2018, 17:33

Abunəçilər “Nar”-ın Müştəri xidmətinin fəaliyyətini yüksək qiymətləndirir

İstirahət günləri səyahətə çıxanlar üçün hava PROQNOZU
16.11.2018, 17:28

İstirahət günləri səyahətə çıxanlar üçün hava PROQNOZU

Ələt-Astara yolunun ödənişli olacağı vaxt açıqlandı
16.11.2018, 17:21

Ələt-Astara yolunun ödənişli olacağı vaxt açıqlandı

Gömrük Akademiyasında Milli Dirçəliş günü qeyd olundu
16.11.2018, 17:20

Gömrük Akademiyasında Milli Dirçəliş günü qeyd olundu

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ
16.11.2018, 17:19

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ

Dizel və benzinlə işləyən maşınlara qadağa qoyulur
16.11.2018, 17:05

Dizel və benzinlə işləyən maşınlara qadağa qoyulur

Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir
16.11.2018, 16:57

Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir

BDU-nun rektoru vəzifəsinin icrası bu xanıma həvalə edildi
16.11.2018, 16:51

BDU-nun rektoru vəzifəsinin icrası bu xanıma həvalə edildi

Bərdədə yolu keçən piyadanı maşın vurub öldürdü
16.11.2018, 16:48

Bərdədə yolu keçən piyadanı maşın vurub öldürdü

Leyla Əliyeva ekologiya ilə bağlı konfransda iştirak etdi
16.11.2018, 16:42

Leyla Əliyeva ekologiya ilə bağlı konfransda iştirak etdi

ABŞ İran sanksiyaları üzrə nümayəndələrini Bakıya göndərdi - Bu, sonuncudur...
16.11.2018, 16:35

ABŞ İran sanksiyaları üzrə nümayəndələrini Bakıya göndərdi - Bu, sonuncudur...

Miqrasiya xidmətinin rəisi əcnəbilərin ev problemindən yazdı
16.11.2018, 16:32

Miqrasiya xidmətinin rəisi əcnəbilərin ev problemindən yazdı

ARXİV